Super User

Super User

Cümə axşamı, 24 Avqust 2023 16:41

36 yaşlı kişini fındıq yığarkən ilan sancıb

Qaxda 36 yaşlı kişi fındıq yığarkən ilan hücumuna məruz qalıb. Hadisə rayonun Əmbərçay kəndində baş verib. Belə ki, kənd sakini, Nəbi Abdullayev bu gün səhər saatlarında  fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. Nəbi Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti ağır olduğu üçün Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.

Cümə axşamı, 24 Avqust 2023 16:38

Vaqif Aslanın oxucularla görüşü keçirilib

Şəkidə 7 saylı kitabxananın təşəbüsü və təşkilatçılığı ilə görkəmli şair, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslanın oxucularıyla görüşü keçirilib. Tədbirdə Şəki ədəbi mühitinin nümayəndələri, fəal oxucular iştirak ediblər. Çıxış edənlər, Vaqif Aslan yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, onun şeirlərinin mərkəzində insan, onun hiss və həyacanları durur. Vaqif Aslan isə, çıxışında yaradıcılığa başladığı ilk şeirdən bəhs edib. Oxuculara və gənc yazarlara öz məsləhətlərini verib. Bədii hissədə şairin şeirləri səsləndirilib və musiqi nümunələri ifa edilib.

Çərşənbə, 23 Avqust 2023 16:34

Birinci Qarabağ müharibəsində itkin düşənlər

Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib. onun nəşinin qalıqlarını Şamaxı şəhərinin girişində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qarşılayıb. Bundan sonra nəşin qalıqları mərhumun Göylər kəndindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra qalıqlar dəfn olunmaq üçün Göylər kənd qəbiristanlığına aparılaraq torpağa tapşırılıb. Qeyd edək ki, Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin 11-i hərbçi, 4-ü mülki şəxsdir.  Bu şəxslərdən 7 nəfəri 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində, 4 nəfəri 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfəri isə 1993-cü ildə Füzuli rayonunda itkin düşənlərdir.

Çərşənbə, 23 Avqust 2023 14:56

“Növbəti stansiya gənclik”

Qaxda Heydər Əliyev ili çərçivəsində “Növbəti stansiya gənclik” layihəsi start götürüb. Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzinin” təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində müxtəlif təlim sessiyaları olacaq. Avqustun 24-dək davam edəcək təlimlərdə əsas məqsəd regionlarda, xüsusilə kəndlərdə yaşayan və sosial aktiv həyatdan geridə qalan gənclərə təkan vermək, onları aktivləşdirməkdir. Qeyd edək ki, layihə çərçivəsində təlimlərə bu günə qədər 750-dən çox gənc qatılıb. Yekunda isə bu sayın 1300-ü ötəcəyi gözlənilir.

Amma çoxları bunu gec anlayır. Məsələn, gününün böyük bir hissəsini gəzməklə keçirdənlər. Onları yorğun halda üz tutduğu restoranda yalnız boş yer tapmaq maraqlandırır. İstədiyi yerdə əyləşə bildisə, sifariş verdiyi yeməyin vaxtında süfərəyə gətirilməsi onun keyfiyyətindən daha vacibdir. Bu isə bəzilərinə vaxtı keçmiş yeməyini satmaq üçün göydən düşmə fürsət olur. Bunların qarşısını almağın tək yolu, nəzarət tədbirlərinin gücləndirilməsidir. Əks halda, belə mərkəzlərdə yeyilən qidalar çox adamı xəstəxanalıq edəcək. Qida Təhlükəsizliyi Agentliyi isə yoxlamalarını davam etdirir. Nəticələrlə bağlı yaxın günlərdə ictimayyətə açıqlama veriləcəyi deyildi.

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü dünyasını dəyişib. Hadisə günorta saatlarında rayonun Qullar kənd inzibati ərazisindəki avtomobil yolunda baş verib. 35 yaşlı Tülü kənd sakini Aruz Dinavasov idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yolun kənarındakı ağaca çırpılıb. Sürücü Aruz Dinavasov dünyasını dəyişib. Qəzadan sonra avtomobil yanmağa başlayıb. Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəıtləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Sükan arxasında sıxılmış vəziyyətdə qalan 34 yaşlı sürücü Aruz Dinavasovun yanan meyiti aidiyyati üzrə təhvil verilib.Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 34 yaşlı Nicat Mirzəyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı, 2 yaşlı Uğuz Mirzəyev, 10 yaşlı Aysun Mirzəyeva, 11 yaşlı Nuray Mirzəyeva vəfat edib. Azyaşlıların anası 31 yaşlı Qızxanım Mirzəyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə FHN nin xilas ediciləri cəlb olunaraq meyidlər və müxtəlif dərəcəli bədən xəsarətləri alan 31 yaşlı sərnişin Qızxanım Mirzeyeva sıxılmış maşından xilas ediliblər. Qızxanım Mirzəyeva Şəki Mərkəzi xəstəxanasına çatdırılıb, hazırda reanimasiya şöbəsində travmatik şok diqnozu ilə müalicə edilir. Faktla bağlı araşdırma aparılır.

 

Şəki futbol stadionunda, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təkilatçılığı ilə, vətən uğrunda canından keçən və adını zəfər tariximizə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinə həser edilmiş \\\"Şəki şəhidləri 2023\\\" futbol turnirinin final mərhələsi başa çatıb. Yarış ötən ayın 12-dən start götürüb. Turnirdə yeniyetmə və gənclərdən idmançılardan ibarət 11 komanda iştirak edib. Sonda qalib komandalar kubok, medal və fəxri fərmanlarla təltif olunublar. 

Bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 34 yaşlı Nicat Mirzəyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralı Şəki Mərkəzi rayon xəstəxanasında reanimasiya bölməsinə yerləşdirilib, hazırda vəziyyəti ağırdır. Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

Avqustun 17-dən Şəkidə vahid məktəbli formalarının satışına başlanılıb. Satıcılar yeni məktəbli formalarının qiymət baxımından uyğun olduğunu deyirlər. Ancaq mağazalarda hələ ki, alıcı qıtlığı müşahidə olunur. Görünür ki, valideynlər hələ də övladlarına məktəbli forması alıb-almamaq mövzusunda çaşğınlıq içərisindədir. Ötən il köhnə formanı geyinmək sərbəst olduğundan \"bu il də icazə verilə bilərmi, yoxsa yeni formanı almaq məcburidir? deyə düşünürlər. Ancaq növbəti tədris ilindən bu belə olmayacaq. Çünki ölkənin hər bir ümumi təhsil müəssisəsi şagirləri vahid məktəbli geyimində qəbul edəcək. Bu isə məktəb rəhbərliyi və valideynlər arasında razılaşdırma əsasında həyata keçirilir. Qeyd edək ki, Şəki şəhərində valideynlərin vahid məktəbli formasını əldə edilə biləcəyi 4 satış məntəqəsi mövcuddur.

223 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S