Super User

Super User

Bazar ertəsi, 12 Avqust 2024 13:44

Sənin seçimin 09.08.2024

Bazar ertəsi, 12 Avqust 2024 11:07

Keçmiş məhkumlar bir-birini bıçaqladı...

Zaqatalada keçmiş məhkumlar arasında mübahisə bıçaqlanma ilə sona çatıb. Gecə saatlarında Zaqatalanın Fındıqlı kəndində 31 yaşlı Taleh Xəlilovla 34 yaşlı Amid Şabanov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Amid Şabanov üzərində olan bıçaqla Taleh Xəlilova xəsarət yetirib. O, Zaqatala Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə, Taleh Xəlilova lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Amid Şabanov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə iştirakçılarının hər ikisi də əvvəllər məhkum olunub. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırmalar davam etdirilir.

Cümə axşamı, 08 Avqust 2024 13:04

Sənin seçimin 07.08.2024

Şəkidə Azərbaycanın xalq artisti, bəstəkar, “Şöhrət” ordeni laureatı, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunan "Şərqin nəğməkar qızı" sənədli filminin təqdimatı baş tutub.

Təqdimata tanınmış incəsənət xadimləri, Şəfiqə Axundovanın qohumları, Şəki ziyalıları toplaşıblar. Çıxış edənlər Şəfiqə Axundovanın həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, şəkili bəstəkar bizə kifayət qədər zəngin musiqi irsi qoyub gedib. O, 600-ə qədər mahnının müəllifidir.

Rəsmi hissədən sonra filmə ictimai baxış baxış olub. Tanınmış jurnalist Xatirə Əkbərovanın rejissoru olduğu filmdə Şəfiqə Axundovanın uşaqlıq, yeniyetməlik, gənclik, həmçinin yaşlı halı canlandırılıb. Bunun üçün də 4 fərqli personajdan istifadə olunub.

Həmçinin filmdə Azərbaycanın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar da rol alıblar. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Çərşənbə axşamı, 06 Avqust 2024 11:16

Sənin seçimin 02.08.2024

Şəkidə Kanal S televiziyasının hazırladığı, 19 yaşında şəhadətə yüksələn Bəxtiyar İdrisovun həyatından bəhs edən "Bəxtiyarım" filminin təqdimatı baş tutub. M.F.Axundov adına mədənoyyət mərkəzinin təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində şəhidin doğmaları, şəhid ailələri, müharibə iştirakçılatı, icra hakimiyyəti və şəhər ictimaiyyətinin nümayəndləri iştirak ediblər. Çıxış edənlər haqlı davada zəfər qazanan Azərbaycan ordusunun igid oğullarından, vətən uğrunda canından keçən qəhrəmanlardan danışılıb. Bildirilib ki, filmin hazırlanması məhz bu qəhrəmanlıq dastanlarının unudulmaması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Bədii hissədə qazilər və mədəniyyə mərkəzinin heyyətinin ifasında vətənpərvərlik ruhunda şeir, mahnılar ifa edilib. Sonra "Bəxtiyarım" sənədli filminə ictimai baxış olub. Hər kəsin göz yaşına səbəb olan film alqışlarla qarşılanıb.

Cümə, 02 Avqust 2024 12:15

Şəhidlə vida mərasimi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, 31 ildən sonra dəfn yeri və kimliyi məlum olan şəhid Camal Quliyevin nəşi Şəki rayonuna gətirilib. Şəhidlə vida şəhidin yaxınlarının yaşadığı Cumakənddə baş tutub.

Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib. Sonra Camal Quliyevin nəşi Laçın şəhərində yerləşən fəxri xiyabanda dəfn edilməsi üçün Laçına aparılıb. Tabutun büküldüyü üçrəngli bayraq onun doğmalarına təhvil verilib. Qeyd edək ki, Camal Quliyev 1969-ci ildə anadan olub.

Cümə axşamı, 01 Avqust 2024 13:24

"Şəki kuboku 2024" futbol turniri başa çatdı...

"Şəki kuboku 2024" futbol turniri başa çatdı. Ümumilikdə 12 komandanın qatıldığı turnirin finalında "Qışlaq / Dağdibi" komandası ilə "Göynük" komandası qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasının ilk hissəsi qolsuz bərabərliklə bitib. İkinci hissədə isə Göyünk komandası üstünlüyü ələ alıb. Oyun "Göynük" komandasının 2:1 hesablı qələbəsi ilə bitib. Oyunun sonunda qalib gələn komanda kubokla təltif olunub.

Oğuz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Zərərçəkmiş ona məxsus mobil telefonların yaşadığı ünvandan oğurlandığını bildirib. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Çərşənbə axşamı, 30 İyul 2024 12:44

Qudula kəndində selin törətdiyi fəsadlar...

Qudula kəndi ərazisindən axan Əyriçayın daşması nəticəsində gələn sel səbəbindən kəndin ətraf ərazilərlə əlaqəsi hələ də məhdud olaraq qalır. Bələdiyyədən verilən məlumata görə kənddə 25 hektara yaxın fərdi təsərrüfat, eləcə də 30 hektar pay torpaqları su altında qalıb.

Bildirilib ki, su altında qalan yolda hərəkətin təmin olunması üçün Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasının gəlməsi gözlənilir. Eyni zamanda mənzilləri Əyriçaya yaxın olan sakinlərin təhlükəsiz ərazilərə köçürülməsi istiqamətində iş aparılır.

218 -dən səhifə 639

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S