Super User
Qəbələdə qarın yağması turist sayına təsir edib
Qış turizm mövsümünün gəlməsi ilə ölkəmizə üz tutan xarici turistlərin sayı da artmağa başlayıb. Xüsusilə də qarın yağması ərəb ölkələri, hindistan kimi ölkələrdən gələn turistlərin sayına müsbət təsir göstərib. Hazırda isti ölkələrdən gələn bir çox turistin ilk üz tutduğu yerlərdən biri Qəbələdir. Buraya axın edən turistlərin bir çoxu ilk dəfə qarla tanış olublar.
Tural Salmanov, Aytac Süleymanlı, Fərhad Tufan və Sədəf Budaqova ""5 gün" Mikayıl ilə"də 03.12.2024
İlkin Əhmədov və İlahə İbadova "Xəbərin var?" da 03.12.2024
Məclisi-Şüəra 03.12.2024
Evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub
Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub. Rayon Polisi narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatovu saxlayıb. Ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İlham Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
IV Şəki Beynəlxalq Teatr Festivalına start verildi
Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir. Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.
Mina Hüseyn: "Mənim səhvlərim açıq-saçıq görüntülərim oldu" | Xəbərin var 02.12.2024
Eşitməyən qalmasın 02.12.2024
IV Beynəlxalq Teatr Festivalına hazırlıq işləri yekunlaşmaq üzrədir
Dekabrın 1-dən 5-dək Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunan IV Beynəlxalq Teatr Festivalı keçiriləcək. Beynəlxalq festivalda müxtəlif ölkələrdən təşrif buyuran və yerli teatrlar öz tamaşaları ilə təmsil olunacaq. Festivalın açılış günündə Şəki Dövlət Dram Teatrının görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirdiyi eyni adlı tamaşa nümayiş olunacaq.
Premyerası olacaq tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, və digərləri ifa edirlər.
Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub
Şamaxıda Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb. Ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. Cavad Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.