Zaqatalanın Yengiyan kəndində bir uşaq anası vanna otağında ölü tapılıb. 30 yaşlı Asiyət Babayevanın dəm qazından zəhərlənərək öldüyü hesab edilir. Ailə üzvlərinin məlumatına görə, mərhumun qan azlığı və ürək çatışmazlığı da olub. Əvvəllər də bir neçə dəfə huşunu itirərək yıxılıb.
Ölümün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Asiyət Babayeva Kəpənəkçi kəndində ərdə olub. Hazırda yoldaşından ayrılaraq 2 yaşlı qız övladı ilə anasıgildə yaşayırdı.
Çərşənbə axşamı, 14 Yanvar 2025 16:40