Super User
Şamaxılılar bələdiyyə üzvlərini seçirlər
Şamaxı rayonunda 88 saylı dairə üzrə 56 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə seçicilərin sayı 51,102 nəfərdir, onlardan 288 nəfəri ilk dəfə səs verir.
Rayon üzrə bələdiyyə seçkilərində 171 nəfər namizədliyini irəli sürüb. Onlardan 90 nəfəri bələdiyyə üzvü seçiləcək. Məntəqəyə gəlmək imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. Ümumilikdə dairənin 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qaxlılar bələdiyyə üzvlərini seçirlər
Qax rayonunda da bələdiyyə seçkiləri üçün lazımi şərait yaradılıb. 113 saylı Qax-Şəki dairə seçki komissiyasından bildirilib ki, dairənin tərkibində 73 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdən 10-da veb-kameralar qurlaşdırılıb.
Bu günkü bələdiyyə seckilərində 54 673 seçici və 831 müşahidəçi qeydə alınıb. Bu il 324 nəfər bələdiyyə seçkilərində ilk dəfə olaraq səs verəcək. Qeyd edək ki, dairə üzrə 260 namizəd irəli sürülüb ki, onlardan 110 nəfəri seçiləcək.
Şəkililər öz namizədinə səs verir...
Şəki rayonunda 4 seçki dairəsi üzrə 123 seçki məntəqəsi fəaliyyət göstərir. 29 məntəqədə vebkamera quraşdırılıb. Şəki rayonu üzrə seçicilərin umumi sayı 124 031 nəfərdir. Rayon üzrə 17 bələdiyyəyə seçkilərdə 318 nəfərin namizədliyi qeydə alınıb, onlardan 195 nəfər bələdiyyə üzvü seçiləcək. Seçkiləri 1247 nəfər müşahidəçi izləyib.
Ata qızının qarşısında diz çökdü. Məni bağışla... | Sözün bitdiyi an 28.01.2025
Yengiyan kəndinin 121 yaşlı sakini Rübeydə nənə
Xalq yazıçısı Anar "Məclisi-Şüəra"da 28.01.2025
Ariz Hüseynov, Zamir Zabitoğlu, İlham Xanhüseynoğlu və Nişanə ""5 gün" Mikayıl ilə"də 28.01.2025
Humay Qədimova, Babək Niftəliyev, Məzahir Fikrətoğlu, Elnur Binətəliyev "Xəbərin var?"da 28.01.2025
Nigar Fərhad ona sığınan Zəkiyyə xalanı yeni evə apardı | Sözün bitdiyi an 27.01.2025
Evdən oğurluq edən şəxs tutuldu
Zaqatalada evdən oğurluq edən şəxs tutulub.Fındıqlı kəndində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 32 yaşlı Taleh Xəlilov saxlanılıb. O, oğurladığı qızılları satdığını bildirib. Məhkəmənin qərarı ilə Taleh Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.