Super User
Müğənni Gülnar Qüdrətli, Pərvin Səfərov və İradə Nurəddinqızı "Xəbərin var?"da 31.01.2025
27 yaşlı oğlan xəstəxanada ölüb
5000 təhsil işçisinin iştirakı ilə metodiki seminarlar keçirilir
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin pedaqoji heyəti üçün metodiki seminarlar keçirilir.
30-31 yanvar tarixlərini əhatə edən iclaslarda fənlərin tədrisi metodikası üzrə müəllimlərin təcrübə mübadiləsinin təmin edilməsi, qarşıya çıxan çətinliklərin II yarımildə aradan qaldırılması üçün görüləcək praktik tədbirlərin müəyyənləşdirilməsi, həmçinin ötən tədris illlərində keçirilmiş IV sinif monitorinq imtahanlarının, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili və cari tədris ili üzrə göstəricilərin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində olacaq.
Mübariz Maştağalı, İlqar Nehrəmli, Müseyib və Alim Mirzəyev ""5 gün" Mikayıl ilə"də 30.01.2025
Samira Jazzy və Ülkər Quliyeva "Xəbərin var?"da 30.01.2025
Adil Xan Əbilov: Günahkarlara arxa çıxmayın! | Sözün bitdiyi an 29.01.2025
Zaqatalada yol qəzası baş verib
Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunda, Muxax kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Vüqar Musayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Xəsarət alan sürücü, avtomobildə olan sərnişinlər - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Qəbələlilər bələdiyyə üzvlərini seçirlər
116 saylı Qəbələ Dairə Seçki komissiyasında 59 məntəqə üzrə 54 min 297 nəfər qeydə alınıb. Bu gün dairə üzrə 254 nəfər ilk dəfə səs verir. Dairə üzrə 9 məntəqədə vebkamera quraşdırılıb. 177 nəfər namizədliyini irəli sürüb. Seçicilər onların arasında 96 bələdiyyə üzvünü seçib.
Zaqatalalılar bələdiyyə üzvlərini seçirlər
Zaqatala rayonunda 2 seçki dairəsi üzrə 91 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı 99 min 264 nəfərdir. 303 nəfəri isə 80 -100 yaş aralığında olan seçicilərdir. 15 məntəqədə vebkamera quraşdırılıb.