Qəbələnin Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl su anbarında bir nəfərin batdığı ehtimal olunur. Həmin şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarda aşkar edilib.
Daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları, eləcə də FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
Cümə axşamı, 23 Yanvar 2025 15:20