Super User

Super User

Çərşənbə axşamı, 11 Mart 2025 06:07

Azərbaycanın nömrə 1 ulduzu 07.03.2025

Balakənin Hənifə kəndində 3 yaşlı uşaq boğularaq ölüb. 2022-ci il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub. Dərhal hadisə yerinə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadası cəlb edilib. Lakin həkimə qədər ölüm baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bazar ertəsi, 10 Mart 2025 15:44

Şəkidə avtomat satan şəxs tutuldu

Şəkidə polis əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib. Son 1 ay ərzində isə şöbə əməkdaşları vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı 20 ov tüfəngi götürüb.

118 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S