Super User
Polis Şamaxıda 8 kiloqram narkotik aşkarlayıb
Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.
Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.
İbrahim Borçalı, Hikmət Oğuz və Aygül Babayeva ""5 gün" Mikayıl ilə"də 25.02.2025
Aytən Məhərrəmova, Arzu Əliyeva "Xəbərin var?"da 25.02.2025
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib
Şəkidə dahi Azərbaycan şairi, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib. Şəki şəhər Heydər Əliyev Mərkəzinin, 2 nömrəli Uşaq Musiqi məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şölə Səfərəliyeva, Aqşin Abdullayev və Nicat Cəfərzadə "Xəbərin var?"da 24.02.2025
Aşıq Mübariz, Cahangir Əliyev & Gülnar Zeynalova, Maya, Gülnar ""5 gün" Mikayıl ilə"də 24.02.2025
Hərəkətin təhlükəsizliyi istiqamətində tədbirlər davam etdirilir
Bu gün peşə bayramını qeyd edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları qeyri-sabit hava şəraiti səbəbilə fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər.
Şamaxıda 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı idarəsinin əməkdaşları gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.