Super User

Super User

Şənbə, 15 Fevral 2025 14:06

"İki xalqın şairi- Simax Şeyda"

”Oğuzun tanınmış simaları” adlı layihə çərçivəsində yəhudi əsilli Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair, publisist Simax Şeydanın "İki xalqın şairi- Simax Şeyda" adlı xatirə gecəsi keçirilib. Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət və təhsil işçiləri, ziyalılar iştirak edib.

Çıxış edənlər vurğulayıb ki, Simax Şeyda Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdəndir. Şairin bu günə kimi 24 kitabı işıq üzü görüb ki, onalardan 11-i uşaqlar üçündür. Daha sonra şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim edilib. Məktəblilər Simax Şeydanın şeirlərindən nümunələr söyləyiblər. Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

Qeyd edək ki, Simax Şeyda SSRİ "Əmək veteranı" medalı laureatı adına layiq görülüb. Azərbaycan "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. 13 fevral 2024-cü ildə Almaniyanın Münhen şəhərində vəfat edib.

İsmayıllıda narkotikdən istifadə edən sürücülər saxlanılıblar. İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları keçirdikləri tədbir zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü Siyavuş Seyidovu təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlayıb.

Yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib. Müvafiq tibbi müayinədən sonra onun marixuana istifadə etdiyi də məlum olub. Həmçinin "Mercedes-Benz" markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Zaur Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Cümə, 14 Fevral 2025 17:10

Sözün bitdiyi an 14.02.2025

Cümə, 14 Fevral 2025 15:08

Şamaxıda kişi meyiti tapılıb

Nağaraxana kənd sakini, 50 yaşlı Oleq Petroviç Kretinin meyiti yaşadığı evdə tapılıb. Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Oleq Petroviçin qardaşı Nikolay Kritin meyiti də 2014-cü ildə Şamaxının Cabanı kəndi ərazisində donmuş halda tapılmışdı.

102 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S