Super User
Şəbnəm Qəhrəmanova və Elçin Məhərrəmov "Xəbərin var?"da 05.03.2025
Azərbaycanda od çərşənbəsi qeyd olunur
Artıq qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını əridən bir gün kimi qeyd edir. Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması deməkdir. Qədim inanclarla müasir duyğuların qovuşduğu bir bayramda ölkəmizdə hər kəs bu gün qalanan tonqalların ətrafında birləşərək müxtəlif ayinləri yerinə yetirəcək.
Millət vəkili Cavanşir Feyziyev "Məclisi-Şüəra"da (2-ci hissə 04.03.2025)
Oruc tutarkən nəyə diqqət edilməlidir?
Müsəlman təqviminin ən gözəl və fəzilətli aylarından sayılan Ramazan ayında icra olunan əsas fərzlərindən biri də oruc tutmaqdır. Oruc tutan insanlar üçün isə düzgün qidalanma olduqca vacibdir. Bəs, nələrə diqqət etməliyik ? Sujeti izləyək...
Şahvələd Nağıyev, Eldəniz Məmmədov, Emil Məmmədov, Arzu Qarabağlı ""5 gün" Mikayıl ilə"də 03.03.2025
Elza Seyidcahan, Zaur Kərimli və Rövşanə Ağasəfqızı "Xəbərin var?"da 03.03.2025
Oğuzda narkotik alverçiləri tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirib. Tədbirlərlə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 48 yaşlı Zaman Mabudov və 41 yaşlı Samir Mustafayev saxlanılıb.
Onlardan narkotik vasitə marixuana aşkar olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər tutularaq istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.