Super User
Elit Star Cəmilə, Fərid Zamanlı və Arif Səlimov "Xəbərin var?"da 14.02.2024
Sözün bitdiyi an 13.02.2025
Bəxtiyar Vahabzadə 16-cı anım günündə yad edildi
Görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadə vəfatının 16-cı ildönümündə anadan olduğu Şəki şəhərində anılıb. Anım mərasimində mədəniyyət, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Şairin adını daşıdığı parkda büstü önünə gül dəstələri qoyulub.
Taleh Hüseyn, Ayşəm Məhərrəmova, Qumral və Tərlan Novxanı ""5 gün" Mikayıl ilə"də 13.02.2025
Lətafət Ələkbərova, Abdul Xalid və Zülfiyyə Qurbanova "Xəbərin var?"da 13.02.2025
Sözün bitdiyi an 12.02.2025
Göyçay Rayon Mərkəzi Xəstəxanasına dair şikayət
Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan bu video daha çox diqqət çəksə də sağlamlıq mərkəzinin fəaliyyəti barədə kiçik araşdırma etdikdə təşviş doğurucu başqa məqamlar üzə çıxır. Xəstəxananın təmirsiz, antisanitar vəziyyətdə olması bir yana müxtləlif adlarla bərpa və yenidənqurma üçün ayrılan vəsaitin mənimsənilməsi, işləməyən cihazların işlək göstərilməsi və bunun müqabilində əlavə maliyyə ayrılması və korrupsiya ilə bağlı məlumatlar...
Yayılan iddialarla bağlı xəstəxanada isə susurlar. Çəkiliş üçün tibb mərkəzinə daxil olan qrupumuza xəstəxananın içərisində görüntü qeydə almağa icazə verilmədi. Üstəlik hər hansı açıqlama da olmadı. Məsuliyyəti öz boyunlarından ataraq, sualları tabe olduqları quruma- TƏBİB-ə ünlanmağımız istənildi. TƏBİB-in də məsələyə rəsmi mövqe bildirməyə tələsməməsi regiondakı sağlamlıq mərkəzində qeyri sağlam vəziyyətin hələ də davam etdiyi təəssüratını yaradır.
Yanğın təhlükəsinə görə müəssisənin fəaliyyəti dayandırıldı
Balakən şəhərində yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsində yoxlama keçirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən müəssisənin fəaliyyəti dayandırılıb.