Super User
Diş implantı risklidirmi? | Həkimcanlı 25.10.2022
Nahidə Orucova: "Teatrda səsi olmayan aktyorlara yer yoxdur!" | İndi başla 24.10.2022
YAP-ın 30 illiyi qeyd olunub...
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə partiyanın Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. YAP partiyasının 30 illik fəaliyyətindən ətraflı bəhs olunub. Vurğulanıb ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Sonda partiya sıralarına yeni qəbul olan şəxslərə üzvülük vəsiqələri təqdim olundu. Sinxron/Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı
Divarları bəzəyən gözəllik...
Bura yerli və xarici turistlərin ən çox üz tutduqları Şamaxı Piriqulu yolunun Məlhəm kəndindən keçən ərazisidi. Rayon mərkəzindən bir qədər arılıda olan bu ərazinin füsünkar təbiəti,dahi şairlərimizin rəsmləri ilə vəhdət təşkil edib. Divarlarlara həkk olunan dahi Azərbaycan ədiblərinin,yazıçılarının,görkəmli mütəfəkkirlərin rəsmləri görənlərin marağına səbəb olub. Yerli sakinlərin sözlərinə görə Şamaxıda doğulub boya başa çatan,yaşayıb ayaradan dahi Azərbaycan şairlərinin rəsmlərinin Məlhəm kəndi ərazisində çəkilməsi təsadüfi deyil.Belə ki Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biri olmaqla yanaşı həm də elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Tarixdə Məlhəm Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olub. Şamaxı rayon icra hakimiyyətinin təşəbbüsü ilə peşəkar rəssamların ortaya çıxardığı bu gözəllik görənləri valleh edir. Bu həm də sözə, şairə, ədəbiyyata verilən dəyərin bariz nümunəsidir.
“Nə? Harada? Nə zaman?” intellektual oyunun zona mərhələsi keçirilib…
Şəkidə isə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun zona turnirinə start verilib. Şəki ilə bərabər eyni anda 7 bölgədə də yarış keçirilib. Oyun 11 rayonun adını daşıyan komandalardan ibarət olub. Yarışda 18-30 yaş aralığındakı gənclər öz intellekt səviyyələrini sınayıblar. Hər komandada 6 nəfər gənc yarışıb. Sonda 7 bölgənin hər birində zona qalibi olaraq 3 komanda finala çıxacaqki, toplamda 21 komanda olacaq. Qalib komandalar növbəti turda Bakıda keçiriləcək final öyunda 1-cilik uğrunda mübarizə aparacaqlar. Onu qeyd edəki, Şəkidə keçirilən zona qalibləri Oğuz, Qax, Mingəçevir rayonları olub.
Regional Mədəniyyət İdarələrinin fəaliyyəti | Zamanında 24.10.2022
İki dilimdən artıq ağ çörək yemək olarmı? | Həkimcanlı 24.10.2022
Əməkdar artist, taninmiş müğənni Rəhilə Bəndəliyevanın qonağıyıq..
Oğurluq 40 gün, kasıblıq... | Hacı Dayının Nəvələri 24.10.2022
Meyvə bağları, əkin sahələri təhlükə altında...
Qonşu Gürcüstan Respublikasından yük maşınları vasitəsi ilə keçdiyi guman edilən qəhvəyi mərmər taxtabiti 49 fəsiləyə aid 300-dən çox bitki ilə qialanır ki, bunlardan 113-ü Azərbaycan florasında mövcuddur. Meyvə bitkilərindən daha çox fındıq, alma,armud, xurma, sitrus meyvələri, o cümlədıən bir çox tərəvəz bitkiləri, te3xniki bitkilər və ağaclara ziyan vura bilir. Bir dəfəyə 300-dək yumurta qoymaq qabiliyyətinə malik bu həşarat bağ və bostanlarda məhsulun keyfiyyətinə zərər vurduğu kimi, ümumi məhsuldarlığı da 80-90 faizədək aşağı salır. Son 4 ildə zərərvericinin ölkəyə keçmə təhlükəsini nəzərə alınaraq, qonşu Gürcüstanla sərhəd ərazilərə fenomen tələlər quraşdırılıb, vaxtaşırı bağ və əkin sahələrində manitorinqlər keçirilib. Ancaq aparılan bütün tədbirlərə baxmayaraq son bir ayda kütləvi rast gəlinən bu həşarat bölgənin ən ixracyönümlü məhsullarından sayılan fındıq, qoz, tütün, eləcə də qarğıdalı kimi vacib qida məhsullarını təhülkə altına salıb. Aidiyyatı qurumlarla yanaşı, əhali də mexaniki mübarizə tədbirlərinə qoşulmalı, həşaratın kütləvi çoxalmasına və yayılma arenasının artmasına əllərindən gəldikcə əngəl olmalıdırlar. Bu məqsədlə AQTA Şəki Regionl bölməsi əməkdaşlarının keçirdiyi maarifləndirici tədbirlərdə sakinlərə həşarat və onunla mexaniki mübarizə tədbirləri barədə geniş məlumat verilib. Qeyd edək ki, sözügedən həşarat 2010-cu ildə ABŞ-ın bəzi Ştatlarında alma məhsuluna 37 milyon dollar, 2016-cı ildə Gürcüstanda fındıq istehalına 53-59 milyon dollar, 2017-2019-cu illərdə isə Türkiyədə fındıq bitkisinə 1 milyard dollaradək zərər vurub. Bu baxımdan həşaratla təkcə mexaniki mübarizə tədbirləri yetərli olmayacaq. Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət nəzərə alınaraq daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir.