Super User

Super User

Qaxda bir ailənin 5 üzvü zəhərlənib. 64 yaşlı Xanım Xəlilova, 40 yaşlı Məhəmməd Xəlilov, Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların vəziyyətlərinin kəklikotu çayı içdikdən sonra pisləşdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Şəkidə müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə müasir Ümummilli Liderin abidəsi ziyarət olunub. Ardınca keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyətindən danışıb, xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətlərindən bəhs olunub. Vurğulanlıb ki, bu dahi insan Azərbaycan xalqının yaddaşına qurucu və xilaskar dövlət xadimi,milli lider və xalqın məhəbbətini qazanan öndər kimi qalıb.

Respublikanın hər yerində olduğu kimi Salyanda da Ulu Öndər Heydər Əliyevin vəfatının 19-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Anım tədbirində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar və ictiamiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları səhər saatlarından şəhərin mərkəzində Heydər Əliyev adına Parkda toplaşaraq burada Ümummilli Liderin ucaldılan möhtəşəm abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri düzülüb, ulu öndərin xatirəsini ehtiramla yad edilib. Anım tədbiri axşam saatlarınadək davam edib.

Zaqatala rayonunda da Azərbaycan xalqının xilaskarı, Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.Tədbir iştirakçıları ilk öncə Ümummilli liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibəti ilə elmi praktiki konfrans keçirilib. Zaqatala rayon fəallarının iştirak etdiyi tədbirdə çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat veriblər. Sonda Ulu Öndərin gərgin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Qaxda da dərin hörmət və ehtiramla anılıb. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəsmiləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi qarşısına gələrək, dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Abidə önünə gül-çiçək düzülüb, xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsi ehtiramla anılıb.

Qəbələdə Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” qeyd edilib. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə, müəssisə və təşkilatların, rayon ictimayyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət eDIB, abidə önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.Sonra tədbir dəyirmi masa arxasında davam etdirilib.

Bazar, 11 Dekabr 2022 10:19

Avtomobillərin qışa hazırlığı...

Payız fəslindən başlayara havaların soyuq, şaxtalı keçməsi qışın da sərt olacağından xəbər verir. Bu isə sürücülərin avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir. Qarlı və yağışlı hava şəraitində, yollarda avtomobil idarə etmək çətin olduğu qədər də təhlükəlidir. Sürücülər də yolda qalmamaq və çətinliklərlə üzləşməmək üçün avtomobilləri qışa hazırlamağa başlayıblar. Amma hazırlıqsız olanlar da var. Ustaların sözlərinə görə, qışda avtomobillər nəqliyyat üçün saz vəziyyətə gətirilməlidir. Təkər seçiminə gəldikdə isə, sürücülər əsasən rezin təkərlərə üstünlük verməlidirlər. Ustalar xüsusi vurğulayır ki, qış aylarında təkcə təkər yeniləməklə və havasını tənzimləməklə iş bitmir. Diqqət edilməli olan başqa məqamlar da var. Avtomobillərini qışa hazırlamayan sürücüləri isə cərimə gözləyir. Qışda nasaz avtomobildə yaranan problem təkcə maddi ziyan vurmur, qəzalarla nəticələnir və hətta bədbəxt hadisələrə gətirib çıxarır. Odur ki, bütün sürücülər hər şeydən öncə özləri və sərnişinlərinin can güvənliyi üçün bundan yayınmamalıdırlar.

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar davam edir. Yarışların növbəti ikinci günündə bədii gimnastika üzrə 8 -15 yaşlı yeniyetmələr fərdi, halqa, top, gürzlər, batut gimnastikası və tamblinq üzrə 10-18 yaşlı gimnastlar, fərdi və qrup çıxışları proqramları ilə mübarizə aparıblar. Sonda nümayiş etdirilən hərəkətlərin icrasına görə verilən xallara əsasən qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Qeyd edək ki, sabah yarışların son günündə 18-12 yaşlı yeniyetmələrin idman gimnastikası üzrə dayaqla tullanma, sərbəst hərəkətlər, halqalar, paralel qollar, turnik, müxtəlif hündürlüklü qollar, gimnastika tiri proqramları ilə mübarizə aparacaqlar. Onu da qeyd edək ki, yarışlara giriş sərbəstdir.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  İsmayıllıda keçirilən  Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi olub. Çıxış edənlər qeyd edib ki, bu cür intellektual layihələrin təşkili region gənclərinin fundamental inkişafına dəstək göstərir. Peşəkar kadr olaraq gənclərin yetişməsində önəmli rol oynayır. Layihənin ən maraqlı tərəfi isə ölkənin yalnız regionlarından olan komandaların mübarizə aparmasıdır.  5 regionda təşkil edilən seçim turunda ümumilikdə 70-dən artıq komanda mübarizə aparıb. Digər regionların da komandalarından ibarət 28 komanda finalda qalibiyyət uğrunda gərgin mübarizə apararaq Lənkaran şəhərinin “ATOM” III yer, Gəncə şəhərinin “Mindhunters” II yer və 2022-ci il üzrə Regional Azərbaycan Çempionu Gədəbəyin “Liberland” komandası olmuşdur. Qalib komandalar layihənin dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən dəyərli hədiyyələr, kubok və medallar ilə mükafatlandırılıb.Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd regionların intellektual potensialının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaqdır.  

Şənbə, 10 Dekabr 2022 20:07

Yasa gedərkən qəzaya düşdülər…

Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Oğuz-Şəki avtomobil yolunun Qayabaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan və Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan 4 nəfər Mingəçevir şəhər sakinləri - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı və İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərin Mingəçevirdən Oğuza yas mərasiminə getdikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qonşusunun evindən oğurluq edən şəxs ifşa olunub. Hadisə Balakən rayonunun Tülü kəndində baş verib. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan ümumilikdə 23 min 400 manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunan Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib. Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakıya gəlib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı geyimlər alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. 

496 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S