Kənd sakini 31 yaşlı Turan Məmmədovla həmyaşıdı, rayonun Dəymədağlı kənd sakini Cavidan Məmmədov arasında mübahisə yaranıb. Daha sonra tərəflər aralarında yaranan münasibətə aydınlıq gətirmək üçün bir araya gəliblər. Onlar Almalı kəndində görüşüblər. Böyüyən məsələnin sonu qanla bitib. Cavidan Məmmədov özü ilə götürdüyü ov tüfəngi ilə Turan Məmmədova atəş açıb. O, ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Artıq polis hadisəni törədən şəxsi saxlayıb. Cavidan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, odlu silahla güllələnən Turan Məmmədov Qaxdakı bankların birinin əməkdaşıdır.