Bazar ertəsi, 24 İyul 2023 17:53

Zaqatalada itkin düşən turistlərin yeri müəyyənləşib.

Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin axtarışı davam edir. Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevin yeri yüksək dağlıq və relyefi çətin ərazidə müəyyən olunub, hazırda təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir. 24 və 27 yaşlı iki gənc turist sonuncu dəfə rayonun Qəbizdərə istiqamətindən Zaqatala şələləsinə gedərkən dağlıq-meşəlik ərazidə yoxa çıxıblar. FHN-in 112 qaynar xəttinə zəng edərək dağlıq ərazidə azdıqları ilə bağlı məlumat verən yerli turistlərlə daha sonra əlaqə saxlmaq mümkün olmayıb. İtkin düşmüş şəxslərin axtarışı üçün dərhal əraziyə müxtəlif qurumların əməkdaşları cəlb edilib. Yerli sakinlərin sözlərinə görə, ərazini tanımayan şəxslərin bələdçisiz dağa getmələri onların həyatı üçün ciddi təhlükəyə çevrilə bilər. Qeyd edək ki, ötən ilin mayında turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı Kondaveeti Manikath da Zaqatalada çətin relyefə malik yüksək dağlıq ərazidə itkin düşmüşdü. Uuzn müddətli axtarış tədbirlərinə baxmayaraq onun tapılması mümkün olmayıb. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S