Şamaxıda Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr olunmuş “44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kitab haqqında məlumat verib, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildirib, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında çəkilmiş 8 sənədli filmlərdən biri nümayiş olunub. Tədbirin sonunda cildlərdə adı qeyd olunan şəhidlərin ailə üzvlərinə kitab təqdim olunub.