Şəki məktəblərində Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. 8 nömrəli tam orta məktəbdə baş tutan “Zəfər dastanı” adlı tədbirdə məktəb kollektivi, valideyn və şagirdlər iştirak edib. Çıxış edənlər bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Daha sonra tədbir şagirdlərin hazırladığı ədəbi-bədii proqramla davam edib. 7 nömrəli tam orta məktəbdə keçrilən tədbirdə isə şəhid ailələri, qazilər, məktəb kollektivi iştirak edib. Çıxış edənlər Vətən müharibəsində şəhid və qazilərimizin şücaətlərindən bəhs edilib, onların heç zaman unudulmayacağı diqqətə çatdırılıb. Sonra Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Ardınca tədbir bədii hissə ilə davam edib. Şəki şəhər 12 nömrəli tam məktəbdə keçirilən Zəfər Günü tədbirində çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu bildiriblər. Daha sonra tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda məktəbdə bu gündən fəaliyyətə başlayan radio qovşağı ilə bağlı da məlumat verilib.