Tədbirdə tibb işçiləri, şəhid ailələri, qazilər və xəstəxana kollektivi iştirak edib. Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər Ulu Öndərin siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatından, qazanılan Şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından danışıblar. Vurğulanıb ki, bu möhtəşəm Qələbə Prezident-Xalq birliyinin təntənəsi oldu. Torpaqlarımızın azad edilməsi əməliyyatlarında tibb işçilərinin əməyindən də söz açılıb. Qeyd olunub ki, ağ xalatlı qəhrəmanlarımız da ön və arxa cəbhədə şücaət göstərib, yüzlərlə gəncimizi ölümdən xilas ediblər. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda qazilərə və şəhid ailələrinə hədiyyələr təqdim olunub və Zəfər Günü münasibəti ilə bayram süfrəsi təşkil edilib.
Çərşənbə axşamı, 07 Noyabr 2023 14:10