Super User

Super User

Şənbə, 21 May 2022 14:36

Haçiko, bir itin taleyi | Kanal S-inema

Yaponiya Səfirliyi və Yaponiyanın "Hitachi Hightech" şirkətinin birgə əməkdaşlığı ilə Şamaxıda Elşən Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək" adlı təlim dərsi baş tutub. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Dağlıq Şirvan Regional Təhsil idarəsinin rəsmiləri  və digər qonaqlar iştirak edib. Təlim zamanı şagirdlərə "Hitachi Hightech" şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib, yeni biliklər aşılanıb.  Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olub.

Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin fitosanitar müfəttişləri   fermerlər, torpaq istifadəçiləri ilə maarifləndirici görüş təşkil edib. Görüşün keçirilməsində əsas məqsəd fındıq bitkisinin başlıca zərərli orqanizmlərinin tanınması, düzgün mübarizənin təşkili, əsassız kimyəvi mübarizə tədbirlərinə yol verilməməsindən ibarətdir. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanıb. Milli Monitorinq Planı çərçivəsində bölgənin fındıq bağlarında aparılan müşahidələr zamanı karantin tətbiq edilməyən fındıq mənənəsinə, yarpaqyeyən böcəklərə və unlu şeh xəstəliyinin ilkin simptomlarına rast gəlinib. Sözügedən kosmopolit növlərin vaxtında həyata keçirilən bitki mühafizə tədbirləti ilə qarşısını almaq mümkündür.

Cümə, 20 May 2022 21:10

Əmək yarmarkası keçirilib…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı Şamaxıda əmək yarmarkası keçirib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  Əmək yarmarkasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən ümumilikdə 25 idarə və müəssisədən 250-dən çox vakant iş yeri işaxtaranlara təklif olunub. Tədbirdə 400 nəfərdən çox işaxtaran şəxs qeydiyyata götürülüb, müvafiq sənədləşmə aparıldıqdan sonra onlara ixtisas və peşələrinə uyğun vakant yerlərə göndərişlərin verilməsi nəzərdə tutulub. 

Şəkinin İnçə kəndində yaşayan Limon Səlimova 1 ilə yaxındır ki, həyətə girib-çıxmasının çətin olduğundan şikayət edir. Şikayətçinin sözlərinə görə, qaz xətti çəkilərkən nədənsə onun evi, daha dəqiqi evə giriş-çıxışı nəzərə alnmayıb.  Ev sahibi qaz borusunun yaratdığı çətinlik səbəbindən hətta inəyinin tələf olduğunu söyləyir. Limon Səlimova qaz xəttinin qapının üzərindən, ya da yeraltı çəkilməsi ilə bağlı Azəriqaz İstehsalat birliyinə müraciət edib. Vətəndaşın şikayətlərini dinlədikdən sonra mövzuyla bağlı Azəriqaz İB-yə müraciət etdik. Mövzuyla bağlı Asan Komunalla əlaqə saxladıqda isə bildirildi ki, texniki şərtin rüsumu 282 manatdır və buraya sayğac, həmçinin digər materialların qiyməti daxildir. 

İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində lotereyaları və digər ərzaq məhsullarını oğurlayıb. İsmayıllı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışına görə məhkum edilmiş İlqar Mustafayev olduğu müəyyənləşib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

407 -dən səhifə 468

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S