Şəkidə fərdi yaşayış evində yanğın olub. Hadisə günorta saatlarında Şəki şəhəri 20 Yanvar küçəsində, 92 yaşlı Nəzihə İbrahimovaya məxsus evdə baş verib. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynəbəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. 92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briradası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.