Ötən gündən etibarən Şimal-Qərb bölgəsinə yağan güclü qar Qax rayonunun Sarıbaş kəndi ilə nəqliyyat əlaqəsini kəsib. Hazırda Sarıbaşda güclü qar yağmaqda davam edir... Sarıbaşa qədər olan məsafənin dağlıq ərazidən keçməsi və relyef olaraq çətinliyi həmin yolları keçilməz edir. Kəndə getmək üçün 2 dəfə çay keçməlisən ki, bu da güclü qar yağan zaman mümkünsüz olur. Qaxdan İlisu kəndinə kimi 12 km-lik məsafə səhər saatlarında buz qatı ilə örtülsə də daha sonra yolda hərəkət bərpa edilib. İlisudan Sarıbaş kəndinə qədər olan 7-8 km-lik məsafədə isə hərəkəti təmin etmək mümkün olmayıb. Qeyd edək ki, Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Hazırda kənddə 10 ailə yaşayır.