Super User
Eşitməyən qalmasın 26.04.2024
Ariz Hüseynov, Sədəf Budaqova və Səbuhi Şirvanlı ""5 gün" Mikayıl ilə"də 25.04.2024
Ellada Məhərrəmova: Bir mahnı oxudum tədbirdə sonra müğənni oldum | Xəbərin var? 25.04.2024
Eşitməyən qalmasın 25.04.2024
Bioloji fəallığa malik qida əlavələri və istifadə qaydaları | Elə çarə 24.04.2024
Cığatel: Mikayıl, gəl öpüm səni. Görsünlər ki, küsməmişəm! | ""5 gün" Mikayıl ilə" 24.04.2024
Nura Suri: Məni tənqid edən şəxslə məhkəmədə görüşəcəm! | Xəbərin var? 24.04.2024
Səhər dəmi 25.04.2024
"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib...
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutan tədbirdə əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Ardınca çıxış edənlər dünya səviyyəli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın tərəqqisi yolunda, gənclərimizin əsl vətəndaş kimi formalaşmasında, sağlam düşüncəli yeni nəslin yetişdirilməsində əvəzsiz xidmətlərindən danışıblar.
Azərbaycanın yeni tarixinin bütün uğurlarının Yeni Azərbaycan Partiyasının banisi, Müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Sonda partiyaya qəbul olunmuş yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib.