Super User

Super User

Çərşənbə, 24 Aprel 2024 14:21

Əyriçayda qadın meyiti aşkarlanıb...

Aprelin 19-da itkin düşən Şəki rayonu Cumakənd kənd sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti Əyriçayda aşkarlanıb. Meyit Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən sudan çıxarılıb və hadisə yerinə cəlb edilmiş Təcili Tibi Yardım briqadasına təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Şəkidə 14 nömrəli tam orta məktəbdə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar “Əbədiyaşar Füzuli” adlı tədbir keçirilib. Tədbirdə təhsil işçiləri, müəllim və şagirdlər iştirak ediblər. Çıxış edənlər Məhəmməd Füzulinin həyatın və yaradıcılığından geniş bəhs edib. Dahi şairə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb. Dahi şairin şeir və qəzəlləri səsləndirilib, “Leyli və Məcnun” əsəri səhnələşdirilib. Qeyd edək ki, aprel ayı Elm və Təhsil Nazirliyi tərəfindən “Füzuli aylığı” elan olunub. Odur ki, bu cür tədbirlərin ay ərzində digər təhsil ocaqlarında da keçirilməsi planlaşdırılır.

Çərşənbə, 24 Aprel 2024 08:01

Məclisi-Şüəra 23.04.2024

Çərşənbə, 24 Aprel 2024 07:04

Səhər dəmi 24.04.2024

Çərşənbə axşamı, 23 Aprel 2024 18:13

Yaxşı deyək, yaxşı eşidək 23.04.2024

Çərşənbə axşamı, 23 Aprel 2024 16:11

Şamaxıda leysan yağışları kəndlərə ziyan vurdu...

Çərşənbə axşamı, 23 Aprel 2024 13:54

Qaraqayanın qara günlü yolları...

İsmayılı rayonunun Qaraqaya kəndinin yolu bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, uzun illərdir su, palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.

Elə ki, yağış yağır dağlıq ərazidə yerləşən kəndin yolları keçilməz olur. Xəstəni həkimə çatdırmaq, hətta alış-veriş etmək üçün at və eşşəkdən istifadə etmək lazım olur. Qaraqaya sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, bu günə qədər yolda heç bir əməli iş görülməyib.

Məsələ ilə bağlı Qaraqaya kəndinin də daxil olduğu Təzəkənd bələdiyyəsindən bildirilib ki, yolun vəziyyətindən xəbərdardırlar. Amma... Avtomobil Yolları Dövlət Agentliyindən isə problemlə bağlı verilən cavab b+elə oldu. Qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir. Burada 355-dən artıq sakin yaşayır.

318 -dən səhifə 673

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S