Super User
Aparıcı Aynur: 5 illik həsrətimə son qoyan qızım, həyatım sənsiz kül oldu | Xəbərin var? 22.05 2024
Eşitməyən qalmasın 22.05.2024
Narkokuryerlərdən avtomat götürülüb...
İsmayıllı Polisi qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Saxlanılan Vüqar Məmmədov, Amil Boyatov, Zaur Şirinov və Səyyar Məmmədovdan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilib.
Onlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını , odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı olduqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb.
Atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri cərimələndi...
Zaqatalada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb. “Təmiz hava” aylığı çərçivəsində atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisi bölməsinin və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə profilaktik tədbirlər keçiriblər.
Şəhər əraisində avtomobillər saxlanılaraq xüsusi cihaz vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.
Yaxşı deyək, yaxşı eşidək 21.05.2024
Şəki şəhəri “İqlim və Enerji üzrə Merlər Razılaşması”na qoşulur...
Şəkidə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı tərəfindən dəstəklənən “İqlim və Enerji üzrə Merlər Razılaşması” təşəbüsü çərçivəsində müzakirə və seminar reallaşıb.
Tədbirdə yerli və əcnəbi ekpertlər, dövlət qurumlarının nümayəndələri iştirak edib. Müzakirələrdə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı” haqqında danışılıb, enerji səmərəliliyi haqda fikirlər səsləndirilib. Kənar təsirlərin yumşaldılması, müxtəlif istixana qazlarının azaldılması, enerji səmərəliliyinin artırılmasına diqqət çəkilib.
Eyni zamanda iqlim dəyişilməsinə uyğunlaşma tədbirləri istiqamətində müzakirələr aparılıb. Sonda “Şəkinin İqlim və Enerji Planı”nın təqdimatı olub.