Cümə, 26 İyul 2024 14:23

MSK VƏ DİN-in birgə layihəsi çərçivəsində Şəkidə seminar-müşavirə keçirilib

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində Şəkidə seminar-müşavirə keçirilib.

Şəki Rayon Polis şöbəsində keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının, Şəki rayon Polis İdarəsinin rəsmiləri, dairə seçki komissiyalarının sədrləri iştirak ediblər. Tədbirdə Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışılıb.

Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin, digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilib. Sonda suallar cavablandırılıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S