Bu gün səhər saatlarında Zaqatalada qətl hadisəsi olub. Aşağı Tala kəndində uzun illər həkim kimi çalışan 78 yaşlı Tariyel Əhmədovu 64 yaşlı Həsən Davudov qətlə yetirib. Tariyel Əhmədovun ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Ancaq Həsən Davudov həmin ov tüfəngi ilə özünü də öldürüb. Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Məlumata görə, hadisə onun qızının evində pul üstündə yaranan münaqişə zəminində baş verib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda istintaq aparılır.