Super User

Super User

Şənbə, 06 May 2023 18:52

Zaqatalada minik avotmobili yanıb…

Zaqatalada minik avotmobili yanıb. Hadisə səhər saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunun Yuxarı Tala kəndindən keçən hissəsində baş verib. Rayon sakini Nail İbrahimova məxsus “QAZ 3110” markalı minik maşını hərəkətdə olarkən qəfl alışıb. Əraziyə gələn Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovun qarşısını alıblar. Xəsarət alan olmayıb.

Şənbə, 06 May 2023 18:03

Niyə bizi \"tok\" vurur?

Bəzən başqa bir insana və ya obyektə toxunduqda yüngül elektrik şoku yaşamış kimi oluruq. Bəziləri elektrik cərəyanı vurduğunu düşünür. Şəhər sakinləri arasında da bu hissi yaşayanların sayı kifayət qədərdir. Tibb üzrə fəlsəfə doktoru Etibar Kərimov deyir ki, bu əslində normal elektrikləşmə prosesidir. Fiziki qaydalara uyğun olaraq, bir-birinə bənzəməyən cisimlərin səthlərində yüklər yenidən paylanır. Bu zaman cisimlərdə əks işarəli yüklü hissəciklər toplanır. Elektrikləşdirilmiş cisimlər yığılmış yüklü hissəciklərin bir hissəsini digər obyektlərə və ya onlarla təmasda olan ətraf mühitə ötürə bilir. Statik enerji insan bədəninə keçir sonra da belə adamlar əlini nəyəsə vuranda sanki tok keçir.  Həkim qeyd edir ki, şəkərli diabet, arterial hipertesia, ürək çatışmazlığı olan xəstələr statik enerjisi çox olan insanlarla görüşdükdə bu onlara pis təsir edir. Həmçinin statik elektrikin bədəndə çox olması əsəbiliyə, yorğunluğa, halsızlığa, iştahsızlığa, əzələ ağrılarına hətta psixoloji pozuntuya kimi gətirib çıxara bilər. Həkim onu da vurğulayır ki, yatarkən mobil telefonu yastığın yanına və ya altına qoyub yatmaqdan uzaq durmaq lazımdır. Çünki mobil telefon insanın sinir sisteminə, o cümlədən yuxu rejiminin pozulmasına təsir edir.

Bu gün Şəkidə Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə Mirzə Fətəli Axundov küçəsinin kəsişməsində avtomobil qəzası baş verib. Belə ki, Vasif Abdulsalamovun sükanı arxasında olduğu \"VAZ 2106\" markalı avtomobillə İlham Səmədovun idarə etdiyi \"Niva\" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində \"VAZ 2106\"-nın sürücüsü idarəetməni itirirək yoldan çıxıb və körpünün beton konstruksiyasına çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 37 yaşlı Vasif Abdulsalamov Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır. 

Azərbaycanın bütün bölgələri Abşeron bölgəsi istisna olmaqla filloksera ilə sirayətlənmiş zonalar hesab edilir və bu ərazilərdə öz kökü üstə bitən tinglərdən sənaye xarakterli üzümlüklərin salınması olduqca təhlükəlidir. Ona görə üzümlüklər fillokseraya davamlı calaq üzüm tinglərindən salınmalıdır. Çox təəssüf ki, respublikada da iri sənaye üzüm bağlarının salınması məqsədilə belə tinglər xaricdən- İtaliya, Fransa, Almaniya, Türkiyə, Serbiya, Gürcüstan, Moldovadan gətirilərək əkilir. Xaricdən alınan hər bir calaq-tingin dəyərinin 4-5 manat olduğunu nəzərə alsaq, milyonlarla manat valyuta xaricə axır. Qeyd edək ki, xaricdən gətirilən tinglər olduqca baha başa gəlməklə yanaşı, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır, yerli sortların qorunmasına və milli brendlərin istehsalına mənfi təsir göstərir. Şamaxı Üzüm Tingçilik Mərkəzində istehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlı olmaqla, fermer və istehsalçıların marağına və müasir təlabatlarına uyğun olaraq əsasən yerli və xarici üzüm - süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarət olacaq. İstehsal edilən əkin materialı yerli şəraitə uyğun yetişdirildiyindən və xarici tinglərdən ucuz başa gəldiyindən fermerlərin iqtisadi maraqları ilə uzlaşır. Həmçinin karantin xəstəlikləri olan xarici tinglərin ölkəmizə idxalının azalması nəticəsində üzümlüklərin fitosanitar vəziyyəti yüksələcək, uzunömürlülüyü artacaq, yerli və introduksiya olunmuş üzüm sortlarının əkin balansı tənzimlənəcək, yerli genofondun itmə təhlükəsi aradan qalxacaq. 

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində “Arıçılığın müasir inkişafı istiqamətində yeni innovasiyaların tətbiqi” mövzusunda baytarlıq elmi tədqiqat institunun nümayəndələri arıçılar ilə birlikdə elmi-praktiki təlim keçirilib. Çıxış edənlər bildirib ki, arıların yerli genofondu, sağlamlığı qorunmalı, profilaktik tədbirləri vaxtı-vaxtında həyata keçirilməlidir. Vurğulanıb ki, arı məhsulları insan orqanizmi üçün əvəzolunmazdır. Və dədə-babalarımızın təcrübəsini elmi əsaslarla birləşdirib irəli aparsaq daha çox arıçılığı inkişaf etdirə bilərik. 

Cümə, 05 May 2023 17:16

Qanunsuz ocaqxana aşkarlanıb…

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şəkidə monitorinq keçirib. Baş Şabalıd kəndində vətəndaş Mustafa Mustafayevə məxsus həyətyanı sahədə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxana aşkar olunub. Yoxlama zamanı obyektin yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermədiyi bilinib. Yol verilən bütün qanunsuzluqlar nəzərə alınaraq ocaqxananın fəaliyyəti dayandırılıb. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edilib.

Cümə, 05 May 2023 17:04

Məktəbdə ölüm hadisəsi…

Şəkidə orta məktəbdə ölüm hadisəsi baş verib. Hadisə Aran kənd tam orta məktəbində qeydə alınıb. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 51 yaşlı Telman Əzizovun vəziyyəti qəfil pisləşib və o, keçinib. İlkin araşdırma zamanı Telman Əzizovun ürək tutmasından öldüyü məlum olub.

263 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S