Şamaxıda növbədənkənar parlament seçkilərində səsvermə hüququna malik seçicilər arasında 100 yaşını ötənlər də var. Onlardan biri də 88 saylı DSK-nın 16 saylı məntəqəsində qeydiyyatda olan Matauş Dövlətovadır. 2 əsrin canlı şahidi, 4 övlad, 50-dən artıq nəvə-nəticə sahibi olan 102 yaşlı Matauş nənə səhhətində problem yarandığından seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib.
Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib. O, sərbəst şəkildə bülleteni dolduraraq səsvermə hüququndan istifadə edib. Yaxınları Matauş nənənin bundan əvvəl də seçkilərdə fəal iştirak etdiyini bildiriblər.
Qeyd edək ki, 88 saylı Şamaxı seçki dairəsi üzrə 51 114 seçici qeydiyyata alınıb. Onlardan 608 nəfəri parlament seçkilərində ilk dəfə səs verəcək. Rayon üzrə yaşı 100-ü ötən seçicilərin sayı isə 5 nəfərdir.
Bazar, 01 Sentyabr 2024 11:58