Bu gün səhər saatlarında Balakən rayonu Şərif kənd tam orta məktəbinin həyətində məktəbə məxsus ümumi sahəsi 80 kv/m olan anbarda yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində anbarda olan 15 ədəd parta, 2 ədəd lövhə, 2 ədəd şkaf və içəridə olan quru ot kütləsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Cümə axşamı, 05 Sentyabr 2024 11:23