Super User
Sima Nəsirova göz yaşlarını saxlaya bilmədi: Atamın öldüyünü bizdən gizlətdilər | Xəbərin var?
Xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb...
Şəkidə Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.
Əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb. Onların paytaxtdan Şəkiyə ayrı-ayrı şəxslərə məxsus 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.
Araşdırmalarla saxlanılan şəxslərin Ağsu, Göyçay, Zaqatala və Balakən rayonlarında da analoji üsulla daha 11 baş heyvan oğurladıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Səhər dəmi 24.05.2024
Gülzar Hacıyeva, İlahə İbadova və Tural Salmanov "Xeyirli axşamlar"da 21.05.2024
Yaxşı deyək, yaxşı eşidək 23.05.2024
Cəmil Əfəndi: Hamı bizi Bahar xanımla sevgili bilirdi | Xəbərin var? 23.05.2024
Eşitməyən qalmasın 23.05.2024
“Yaradıcı Müzakirələr” layihəsi Şəkidə
Şəkidə “Yaradıcı müzakirələr” adlı layihə həyata keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunub.
Sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzular üzrə olub. Layihə Şəki ilə yanaşı, ümumilikdə ölkə üzrə 10 bölgədə keçirilir.
Atmosferi çirkləndirənlərə qarşı tədbirlər...
Qobustan atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib. Saxlanılan nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində isə inzibati qaydada tədbir görülüb. "Təmiz hava" aylığı iyun ayının 15-dək davam edəcək.