Super User
“Zəfər“ yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı
Şəkidə “Zəfər“ respublika yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə regional təhsil idarəsinin rəsmiləri, təhsil ictimaiyyəti iştirak edib. Çıxış edənlər qalibləri təbrik edib, bu cür istedadların üzə çıxarılmasının ölkəmizin gələcək elmi kadr potensialının formalaşması baxımından önəmini vurğulayıblar.
Sonra qaliblərin diplom və hədiyyələrlə mükafatlandırılması mərasiminə start verilib. Rəsmi hissənin ardınca tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təbliğinə həsr olunmuş “Zəfər” respublika yaradıcılıq müsabiqəsi 3 yaş qrupu və 4 əsas nominasiya üzrə keçirilib. Şəki-Zaqatala regionu üzrə zona turunda 1-ci yer tutmuş 75 nəfər respublika turunda iştirak edib və onlardan 38 nəfəri ilk 3 yeri yerləri tutaraq qalib adını qazanıb.
Güclü külək fəsadlar törətdi
Milli Hidrometeorologiya xidmətinin narıncı xəbərdarlığına uyğun olaraq bəzi rayonlarda külək güclənib. Qəbələ, Şəki, Göyçay rayonlarında fəsadlar olub. Elektrik, kommunikasiya xəttləri zədələnib, vətəndaşların mülkiyyətinə zərər dəyib, bir nəfər xəsarət alıb...
Tale Kərimli, Fərhad Tufan, Səidə Dadaşova, İbrahim Borçalı ""5 gün" Mikayıl ilə"də 17.12.2024
Müğənni Şəbnəm Qəhrəmanova və Elçin Məhərrəmov "Xəbərin var?" da 17.12.2024
Eşitməyən qalmasın 17.12.2024
"Qisas" filmi təqdim edildi
Şəkinin Kiçik Dəhnə kəndində həmin kənddə anadan olan və 2022-ci ildə antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Fərid Lətifovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib. Tədbirdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli ömür yolundan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
17 təhsil işçisi sanatoriyalara yola salındı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qış mövsümündə yollayışların endirim kampaniyası” çərçivəsində təhsil işçilərinin sağlamlığını və asudə vaxtlarını daha səmərəli təşkil etmək məqsədilə endirimli yollayışlar təqdim edib.
Ölkənin bütün region və bölgələrini əhatə edən kampaniya çərçivəsində Şəkidən təhsilin inkişafına və gənc nəslin təlim-tərbiyəsinə töhfə verən 17 təhsil işçisi Bakı şəhərində yerləşən sanatoriyalara yola salınıb. Təklif olunan paketlərə 3 gecəlik, 1 həftəlik, 2 həftəlik və 14 günlük ambulator xidmətlər, eyni zamanda gündə 3 dəfə qidalanma, elektro terapiya, vanna, istilik terapiyası, işıq terapiyası və fizioprosedur kimi müalicələr daxildir. Qeyd edək ki, üzvlər yollayış paketinin ümumi dəyərinin yalnız 15%-ni ödəyir.
Fazıl kəndinin içməli su problemi
Şəkinin Fazıl kəndinin bir qismi su qıtlığından əziyyət çəkir. Qıtlıq dediyim- əslində kənddə su var, amma hansısa səbəbdən evlərə su verilmir. Əməkdaşlarımız sakinlərin müraciəti əsasında kəndə yollanıb, problemlə maraqlanıblar.
Məlum olub ki, əslində çox sadə həlli olan məsələ uzun müddətdir nədənsə həll edilmir. Belə görünür, problemin ictimailəşməsini gözləyiblər. Təfərrüatları sujetdən izləyək.
Sonaxanım Əliyeva və Leyla Rəhimova "Xəbərin var?"da 16.12.2024
Yollar buz bağladı, hərəkət çətinləşdi
Gecə saatlarından havanın kəskin dəyişməsi, yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax magistralının Qobustan rayonundan keçən hissəsində hərəkəti iflic edib.
100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Buzlaşmanın olduğu ərazilərdə hərəkət edən bəzi avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Qəzalar zamanı ölən və xəsarət alanlar olmasa da, avtomobillərə zərər dəyib.