Super User
AVF Qaxda toplanış keçirib...
Azərbaycan Voleybol Federasiyası Qaxda yeniyetmə qızlar üçün təlim-məşq toplanışı keçirir. Qax Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərdə Oğuz Regional Voleybol Klubunun əhatə etdiyi rayonlardan 2012- 2014-cü il təvəllüdlü idmançılar iştirak edirlər. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilir.
Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilir. Məqsəd isə voleybol idman növünün inkişaf etdirilməsi və milli komandaların region gənclərinin hesabına formalaşdırılmasıdır. Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər Regional Voleybol Klublarında da təşkil olunacaq.
Eşitməyən qalmasın 29.05.2024
Saxta kərə yağını necə fərqləndirək? | Elə çarə 29.05.2024
Yaxşı deyək, yaxşı eşidək 28.05.2024
Nurlan Namazov, Sədəf Budaqova və Elgiz Əliyev ""5 gün" Mikayıl ilə"də 28.05.2024
Zaqatalada qardaş bacısını odlu silahla qətlə yetirib....
Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. Zaqatala Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla 35 yaşlı Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı 44 yaşlı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub.
Dəhşətli qətlin bəzi təfərrüatları da məlum olub. Məlumata görə, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atasının il mərasiminə toplaşıblar. Ov tüfəngi ilə vurularaq ağır xəsarət alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılakən yolda dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.