Super User
Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama
Balakən rayonu, Poştbinə kəndində və Qax rayonu, Qorağan kəndində yerləşən yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub.
22 yaşlı gənc həmkəndlilərini bıçaqlayıb
Zaqatalada 22 yaşlı gənc həmkəndlilərini bıçaqlayıb. Faldarlı kəndi ərazisində 22 yaşlı Vasif Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndliləri 25 yaşlı Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirib. Xəsarət alan Tural Səfərov əməliyyat olunub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Emin Rüstəmovun isə xəsrəti yüngül olduğundan tibbi müdaxilədən sonra evə buraxılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Vasif Kərimov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Kukla teatrı balacalar üçün əyləncəli proqram hazırlayıb
Qax Dövlət Kukla teatrı bayram günlərində balacaları yeni tamaşa ilə sevindirəcək. Yeni ilə həsr olunmuş “Qrinç: Şaxta babaya məktub” adlı əyləncəli tamaşa-kompozisiya eyniadlı animasiya filminin motivleri əsasında hazırlanıb.
Azərbaycanın nömrə 1 ulduzu 20.12.2024
Yollar bizi ayırmasın 21.12.2024
Səmayə İsmayılova: Düzgün kişiləri qadınları qoruya bilmir... | Həftənin qonağı 21.12.2024
Avtomobillər qışa necə hazırlanmalıdır?
Qış mövsümünün ən çətin məqamlarından biri qarlı-şaxtalı günlərdə baş verən avtomobil qəzalarıdır. Hər il belə qəzalarda bir çox insan həyatını itirir, insanlara maddi ziyan dəyir. Bu qəzaların səbəbləri arasında sürücülərin avtomobillərini mövsümə hazırlamamaları əsas yer tutur. Havaların soyuması nəqliyyat vasitələrinin qış rejiminə hazırlaması kimi məsələləri gündəmə gətirir. Qarlı və yağışlı hava şəraiti sürücülərdən hazırlıq və təcrübə tələb etdiyi kimi, avtomobilin də fəslə hazır olmasını şərtləndirir. Avtomobillərdə texniki problemlərinin yaranmaması üçün onları qışa necə hazırlayırlar? Araşdırmışıq, izləyək...
Uşaqlara bayram hədiyyələri təqdim edildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə respublikanın bütün ərazilərində, o cümlədən Şəkidə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluqçuları, energetika və digər müəssisələrdə çalışan ittifaq üzvlərinin, şəhid ailələrinin, Qarabağ müharibəsi qaziləri, veteranlar, aztəminatlı ailələrin övladlarına, o cümlədən uşaq evlərinə hədiyyələr təqdim edib.