Super User
18 Nömrəli Tam Orta Məktəbin binası yenidən tikiləcək
Uzun müddətdir yararsız vəziyyətdə olan Şəki şəhər 18 nömrəli tam orta məktəbin yenidən tikilməsi üçün artıq 1 ildən çoxdur ki, şagird və müəllimlərə qapılarını bağlayıb. Bu müddət ərzində isə məktəbin şagirdləri alternativ olaraq yaxınlıqda yerləşən məktəbə köçürülüb. İndiyədək heç bir işin görülməməsi başqa məktəbdə çətinliklə təhsil alan məktəbliləri narahat edirdi. Məktəbin şagirdləri və müəllim heyətinə xoş xəbərimiz var...
Şəhidin xatirəsi anılıb
Vətən Müharibəsində şəhadətə yüksələn Şirxan Xaməmmədovun ildönümü Şamaxıda, məzarı önündə qeyd edilib. Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Çıxış edənlər Şirxan Xaməmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından bəhs ediblər.
Güclü külək fəsadlar törətdi
Şəkidə güclü külək fəsadlar törədib. Rayon ərazisində ötən gün axşamdan başlayan küləkli hava şəraiti səbəbindən şəhərin mərkəzində ağac aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək həmçinin104-cü kvartal adlanan ərazidə yerləşən yaşayış evinin damını yararsız hala salıb. Hazırda da Şəkidə küləkli hava şəraiti davam edir. Xatırladaq ki, FHN hava şəraitinin kəskin dəyişməsi və güclü külək səbəbi ilə sarı və narıncı xəbərdarlıq elan edib.
Oğurluq edən maskalı şəxslər tutulub
Şəkidə oğurluq edən maskalı şəxslər tutulub. Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş - Saleh Əliyev, Şahid Ballıyev və Elton Paşayev saxlanılıb.
Onlar maskalı şəkildə zərərçəkənin həyətyanı sahəsinə daxil olaraq heyvanları oğurladıqlarını və müxtəlif şəxslərə sataraq əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Eşitməyən qalmasın 05.11.2024
Sayqa ilə 05.11.2024
"5 gün" Mikayıl ilə 05.11.2024
Məclisi-Şüəra 05.11.2024
Müğənni Dana Durdana, aktrisa Aynur Sevgi "Xəbərin var?"da 05.11.2024
Ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” və Zəfər gününə həsr olunmuş ekoloji aksiyalar davam edir. Şəkidə Pedaqoji Universitetin Şəki filialı və MEA Şəki Regional Elmi mərkəzinin birgə təşkilatçılığı ilə növbəti ekoloji aksiya keçirilib. Aksiyada Vətən müharibəsində 44 günə qazanılan şanlı qələbənin şərəfinə 44 ədəd ağac əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.
Ümumlikdə isə Universitetin Şəki filialı tərəfindən rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıqların artırılmasına dəstək məqsədilə həyata keçirilən ekoloji aksiyalarda 400-dən artıq ağac əkilib. Ekoloji aksiya başa çatdıqdan sonra şəhidlərin əziz xatirəsi anılıb, zəfər gününə həsr olunan çıxışlar edilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.