Super User

Super User

Qaxda bir ailənin 3 üzvünün ölümü nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. Qəza baş verən gün Qurbanovlar ailəsi Balakən rayonundan, xəstə ziyarətindən gəlirmiş. Hadisədə dünyasını dəyişən ailə üzvləri Şəkinin Cəfərabad kəndində dəfn ediliblər.

Xatırladaq ki, iyunun 29-da Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində "Ford" və "VAZ-21015" markalı avtomobillərin toqquşub. Qəza nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 62 yaşlı Gülnarə Qurbanova və həyat yoldaşı 35 yaşlı Aygün Qurbanova dünyasını dəyişib.

Ailənin daha 2 azyaşlı üzvü, həmçinin Ford markalı avtomobildə olan 2 azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 01 İyul 2024 12:46

Şəkili idmançıların növbəti uğuru...

Şəkidə Silahlı Qüvvələr Gününə həsr olunmuş ağır atletika üzrə zona birinciliyinin qalibləri müəyyənləşib. Ümumilikdə 40-dan çox idmançının mübarizə apardığı zona birinciliyinə Şəkidən 7 idmançı qatılıb.

Onlardan 5-i 1-ci yerə, 1-i isə 3-cü yerə layiq görülüb. Bundan əlavə, Bakıda keçirilən ağırlıqqaldırma üzrə respublika çempionatında isə 1 idmançı gümüş medal əldə edib.

Bazar ertəsi, 01 İyul 2024 11:12

Xeyirli axşamlar 28.06.2024

Bazar ertəsi, 01 İyul 2024 10:35

Xeyirli axşamlar 27.06.2024

210 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S