Super User
Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü qeyd edir...
Polis işçilərinin peşə bayramı günü münasibətilə Şəkidə tədbir keçirilib. İştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca Heydər Əliyev Mərkəzində ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən şəkillərə baxış keçirilib. Rayon Polis Şöbəsində davam edən tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Polisinin keçdiyi yoldan, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Məclisi-Şüəra 02.07.2024
Səhər dəmi 02.07.2024
Su qıtlığı: bizi nə gözləyir? | Zamanında 01.07.2024
Solo Star - İstedadlar yarışı | Yaxşı deyək, yaxşı eşidək 01.07.2024
Canan, Zahidə Günəş və Vüqar Bəxtiyar ""5 gün" Mikayıl ilə"də 01.07.2024
Sərxan Kərəmoğlu və Xuraman Şuşalı "Xəbərin var?"da 01.07.2024
Məhəmməd "cənnətə" düşüb | Məhəmməd haradadır? 30.06.2024
Gənc idmançımızla oxatmanın sirləri | Kim sevirse idmanı 29.06.2024
Qoydan kəndi tərk edildi...
Bir neçə gün öncə İsmayıllının Qoydan kəndində baş verən torpaq sürüşməsi və sakinlərin təhlükə ilə bağlı yardım çağırışı barədə məlumat vermişdik. Aidiyyatı qurumlar daha sonra əraziyə baxış keçirib, fəlakətlə bağlı yaranan komissiyanın sakinlərin dərhal təxliyyə edilməsi ilə bağlı qərarından sonra işlərə başlanılıb. Artıq Qoydanda lələ köçüb, yurdu qalıb.
İsmayıllının Qoydan kəndində son günlər yağan yağışlar nəticəsində baş verən torpaq sürüşməsindən sonra sakinlər təxliyyə edilib. Artıq 19 ev-25 ailə digər ərazilərə köçürülüb. Köçürülmə prosesi zamanı sürüşməyə məruz qalan evlərdən birində uçma baş verib. Evləri ilə yanaşı, təsərrüfatları, əkin sahələri də palçıq qatı altında qalan sakinlər FHN qüvvələrinin yardımı ilə kəndi tərk edib.
Təhlükəsizlik baxımından doğma kəndlərini tərk etmək üçün verilən qərarın doğru olduğunu hesab edən Qoydanlılar bunun maddi və mənəvi tərəfdən onlara təsirsiz ötüşməyəcəyindən narahatdılar.
Qeyd edək ki, bölgədə hazırda yağmursuz hava müşahidə edilsə də torpaq sürüşməsi aktivdir. FHN qüvvələri sakinləri tamamilə köçürülən kənddə son işləri həyata keçirir.