Super User
Təhlükə saçan yol
Magistral yol 5 mindən çox əhalisi olan kəndin tam ortasından keçir. 1000-ə yaxın şagirdin oxuduğu məktəb də yolun kənarında yerləşir. Gündə yüzlərlə piyadanın istifadə etdiyi yolun 1 hissəsində piyada keçidi və işıqfor olsa da bəzi sürücülər nəinki sürəti azaltmır, hətta, işıqforun qırmızı işığına belə məhəl qoymur. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur.
Yoldan hər gün qorxu içində istifadə edən sakinlər bədbəxt hadisələrin qarşısının alınması üçün aidiyyatı qurumların tədbir görməsini istəyir.
Ekspertlər də hesab edir ki, bu yolda qəzaların artmasının başlıca səbəbi yol hərəkəti iştirakçılarının qaydaları pozmasıdır. O ki, qaldı görüləcək tədbirlərə....
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndindən keçən hissəsində xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı sakinlər tərəfindən müraciət edilib.
Həmin əraziyə baxış keçirilib və xüsusi texniki vasitənin quraşdırılacağı yer müəyyənləşdirilib. Yaxın zamanda qeyd olunan məsələnin müsbət həlli istiqamətində zəruri tədbirlər görüləcək.
"5 gün" Mikayıl ilə 21.10.2024
Sayqa ilə 21.10.2024
Avtomobil idarəetmədən çıxaraq aşdı
Qəbələ yol qəzası baş verib. Hadisə rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Murad Əsgərov və sərnişini Taleh Şahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
Şölə Səfərəliyeva: "Mən musiqiçi ilə ailə qurmaq istəmərəm" | Xəbərin var? 21.10.2024
Eşitməyən qalmasın 21.10.2024
Şəhid Nicat İmamverdiyevin xatirəsi anılıb
Şəkidə torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Nicat İmamverdiyevin şəhadətə ucalmasının 4-cü ildönümündə xatirəsi yad edilib. Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhədətə ucalan qəhrəman oğulların ruhlarına dualar edilib.
Çıxış edənlər Nicat İmamverdiyevin şərəfli ömür yolundan, müharibədə göstərdiyi şüvaətlərdən qürurla bəhs ediblər. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Daha sonra isə şəhid ailələri üçün ehsan süfrəsi təşkil olunub.
İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb
İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb. Polis əməkdaşları əməliyyat zamanı 54 yaşlı İxtiyar Mehdiyevi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu , 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.
İxtiyar Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zaqatalada fərdi yaşayış evi yanıb
Yanğın rayonun Aşağı Tala kəndində Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.
Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Xəsarət alan isə olmayıb. Faktla bağlı araşdırma aparılır.