Super User
Göbələkdən zəhərlənməmək üçün nə etməli?
Bəli, xüsusilə də bu mövsümdə göbələkdən zəhərlənmə halları tez-tez baş verir. Göbələk əsasən Şimal və Şimal-Qərb rayonlarında daha çox istehlak edilir.
Bu bölgənin sakinləri əksər hallardan meşələrdən yığdıqları göbələkləri istehlak edirlər ki, nəticədə zəhərlənmə, hətta bu səbəbdən ölüm halları da artır.
Növbəti sujetdə göbələk sevənlərin diqqət etməsi vacib olan məqamlara toxunulub.
Yol qəzası can aldı
Qəbələdə yol qəzası olub. Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində Ruslan Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 27 yaşlı Nurlan Abbasəliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Avtomobil qaz xəttinə çırpıldı, 320 abonent qazsız qaldı
Zaqatalada avtomobil qaz xəttinə çırpılıb, 320 abonent qazsız qalıb. Hadisə rayonun Yengiyan kəndinin ərazisində baş verib. “Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı qaz xəttinə çırpılıb.
Qəza nəticəsində qaz xəttində yanğın baş verib. Kənd sakini Laləzar Orucovanın həyətyanı sahəsinin daş hasarının bir hissəsi dağılıb. Avtomobildə olan iki sərnişin 42 yaşlı Elmar Babayev və 47 yaşlı Kəlmət Heydərova yüngül xəsarətlər alıblar.
Yaralılara Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Sayqa ilə 29.10.2024
"5 gün" Mikayıl ilə 29.10.2024
Jurnalist Könül İbrahim, Xuraman Şuşalı və qardaşı İlham Hüseyn "Xəbərin var?"da 29.10.2024
Məclisi-Şüəra 29.10.2024
Eşitməyən qalmasın 29.10.2024
Qanunsuz fəaliyyət göstərən dönərxanalar aşkarlandı
Qanunsuz fəaliyyət göstərən dönərxanalar aşkarlandı
Dönərxanalarda monitorinqlər davam edir. Bu dəfə İsmayıllıda QTA-nın əməkdaşları nöqsanlar aşkarlayıblar.
30 ildir su üzünə həsrət qalan kənd
Şəkinin Cəfərabad kəndinin sakinləri nə az, nə çox 30 ilə yaxındır ki, yaşadıqları bir problem səbəbindən heç nəyə sevinə bilmirlər. Bu kəndin sakinlərinin dərdi su dərdidir.
Bulaq başına gedib, vedrələrlə su daşımaq uzun məsafə olduğu üçün çətinlik yaradır. Bulağa gedən yolda Yevlax-Zaqatala avtomagistralını da keçmək ayrı bir məşəqqət və təhlükədir. Bir sözlə, bir içim su üçün əzab çəkən insanların "susuzluğu yatırılacaqmı?"