Super User

Super User

Çərşənbə, 23 Oktyabr 2024 06:43

Eşitməyən qalmasın 23.10.2024

Çərşənbə axşamı, 22 Oktyabr 2024 17:21

Şəhidin xatirəsi əbədiləşdirilib

44 günlük Vətən müharibəsi zamanı şəhadətə ucalan baş leytenant Fərid İzzətlinin məzun olduğu 17 nömrəli məktəbdə şəhidin anım günü tədbiri keçirilib.Tədbirdə şəhid ailələri, məktəbin kollektivi, mədəniyyət işçiləri və şəhər ziyalıları iştirak edib. Çıxış edənlər vurğulayıb ki, torpaqlarımız şəhid baş leytenant Fərid İzzətli kimi qəhrəman oğullarımızın şücaəti, mərdliyi sayəsində düşmən tapdağından azad edildi.

Ardınca məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Daha sonra isə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Tədbirin yekununda baş leytenant Fərid İzzətliyə həsr olunmuş "Cənab leytenant" filmi nümayiş edilib.

Ucqar kənddə şagirdlərin təhsil ocağına rahat daşınması təmin edilir
 
Bu kəndən ən yaxın təhsil ocağına qədər olan məsafə 8 kmdir. Üstəlik yolun böyük bir hsissəsi meşəlik ərazidən keçir. Söhbət ictimai nəqliyyatın belə işləmədiyi Balakən rayonunun Çorçorbinə və Arılıqbinə kəndlərindən gedir. Bu ərazilərdə yaşayan şagirdlərin Qullar kənd Səməd Vurğun adına 1 saylı tam orta məktəbinə çatdırılması üçün Təhsil İşçiləri Azad Həmkarlar İtifaqı Komitəsi tərəfindən ayrıca nəqliyyat ayrılıb.
 
Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Balakən rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən layihədən iki kəndi əhatə etməklə 30-dan çox şagird və sözügedən ərazilərdə yaşayan bir neçə müəllim bəhrələnir.
 
Yaxın gələcəkdə məktəblilərin daşınma keyfiyyətini daha da artırmaq üçün yeni və daha çox şagird tutumlu avtobusun təşkil edilməsi nəzərdə tutulub.
Çərşənbə axşamı, 22 Oktyabr 2024 15:23

Sayqa ilə 22.10.2024

Çərşənbə axşamı, 22 Oktyabr 2024 15:22

"5 gün" Mikayıl ilə 22.10.2024

Çərşənbə axşamı, 22 Oktyabr 2024 12:24

Məclisi-Şüəra 22.10.2024

Çərşənbə axşamı, 22 Oktyabr 2024 12:19

Eşitməyən qalmasın 22.10.2024

Bazar ertəsi, 21 Oktyabr 2024 17:16

Dönərxanada reyd: Nöqsanlar aşkarlandı


Qida Təhlükəsizliyi Agentliyinin Şamaxıda apardığı monitorinq zamanı Məşədi Əzizbəyov küçəsində yerləşən “Bizim dönər” adlı iaşə obyektində nöqsanlar aşkar olunub.

Fiziki şəxs Babək İbrahimova məxsus obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi, dönərin standartlara cavab verməyən şəraitdə hazırlandığı məlum olub.

Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Agentlik müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Qəbələnin Soltannuxa kəndinin yolları hələ ötən əsrin 50-60-cı illərində salınıb. Kənd sakinlərinin sözlərinə görə, elə həmin dövrdə kəndə asfalt çakilib. Ancaq aradan keçən illər nəticəsində həmin asfalt qatı da tamamilə sıradan çıxıb. Sakinlər isti aylarda toz, yağış mövsümündə isə palçıq əlindən yollarda hərəkət etməyin mümkünsüz olduğunu bildirirlər.

Sakinlər kəndə təcili yardım və digər operativ nəqliyyat vasitələrinin gəlişində problem yaşandığını deyirlər. Həmçinin öz avtomobilləri yararsız yollarda tez-tez sıradan çıxır.

Kənd yollarından ən çox əziyyət çəkənlərdən biri də dərsə gedən şagirdlər və onları aparan valideynlərdir. Kənd bələdiyyəsindən məsələ ilə bağlı münasibət öyrənməyə çalışdıq. Bələdiyyənin nümayəndəsi kənd yollarında vaxtaşırı təmir işləri aparıldığını bildirdi. Yolların asfaltlanmasına gəlincə...

Belə görünür, Soltannuxa kənd sakinlərinin nə zaman ötən əsrdən qalma yollardan istifadəsinə son qoyulacağı naməlum olaraq qalır... Ümid edirik problem tez bir zamanda həll olunar.

200 -dən səhifə 639

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S