Super User

Super User

Bazar ertəsi, 14 Oktyabr 2024 17:29

Şəhid Vüsal Məmmədovun da xatirəsi anılıb

44 günlük Vətən müharibəsindən sonra bizə Zəfər qürurunu yaşadan daha bir igidin- şəhid Vüsal Məmmədovun da xatirəsi anılıb. Yaxınları, ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun şərəfli ömür yoluna nəzər salınıb.

Bildirilib ki, Vüsal Məmmədov Füzuli, Cəbrayıl, Hadrud istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bazar ertəsi, 14 Oktyabr 2024 17:15

Şəhidin xatirəsi əbədiləşdirildi

Şəkidə 44 günlük vətən müharibəsi şəhidi Toğrul Nağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin açılışı baş tutub.

Tədbirdə şəhidin yaxınları, şəhid ailələri döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər şanlı Azərbaycan ordusunun rəşadətindən danışıblar. Bildirilib ki, Toğrul Nağıyev kimi igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar nəticəsində vətən torpağı düşmən tapdağından azad edildi.

Ailə üzvləri, dostları, döyüş yoldaşları 20 yaşında şəhadətə yüksələn Toğrul haqqında xatirələrini bölüşüblər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvər ruhlu şerlər səsləndiriblər.

Bazar ertəsi, 14 Oktyabr 2024 16:54

Sayqa ilə 14.10.2024

Bazar ertəsi, 14 Oktyabr 2024 16:45

Şamaxıda tələbələrin yataqxana problemi

Şamaxıda tələbələrin yataqxana problemi

Bazar ertəsi, 14 Oktyabr 2024 16:25

Avtomobil dərəyə aşıb

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Bazar ertəsi, 14 Oktyabr 2024 13:28

Dünya şöhrətli futbolçu Şəkidə

Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana səfəri çərçivəsində Şəkidə olub. O, Şəki Şəhər Stadionunda “Sheki City” və “Şəmkir” futbol komandalarının qarşılaşmasını izləyib. Fasilədə stadiona daxil olan türk futbolçunu görmək üçün futbol azarkeşləri stadiona axın edib.

Bazar ertəsi, 14 Oktyabr 2024 06:50

Eşitməyən qalmasın 14.10.2024

Şənbə, 12 Oktyabr 2024 14:38

Şəkidə yol qəzası: Xəsarət alanlar var

Hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində ("Daşqaya" adlanan ərazidə) 48 yaşlı Xəzər İsrafilovun idarə etdiyi "Range Rover" və 23 yaşlı Qorxmaz Mustafayevin idarə etdiyi "Niva" markalı avtomobillər toqquşub.

Nəticədə sürücülər və digər 3 nəfər sərnişin - 82 yaşlı Həqiqət Abdullayeva, 45 yaşlı Təranə İsrafilova və 20 yaşlı Elgün Elsevər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan dördünün xəsarəti yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Təranə İsrafilovanın müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Şamaxıda Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlının 60 illik yubileyi qeyd edilib. Rayon İcra Hakimiyyəti, Aşıqlar Birliyi ə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edənlər aşığa yaradıcılıq uğurları arzulayıb, fəxri fərmanlar və hədiyyələrlə onu mükafatlandırıblar. Tədbir incəsənət ustalarının ifaları ilə davam edib. Onların çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

205 -dən səhifə 639

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S