Bu gün axşam saatlarında Şəkidə yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, şəhərin 20 Yanvar və M.F.Axundzadə küçələrinin kəsişməsində hərəkətdə olan "Toyota Prius" və "Chevrolet Lacetti" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.