Super User
Elit Star Cəmilə və Canan "Xəbərin var?"da 12.07.2024
Xeyirli axşamlar 08.07.2024
Eşitməyən qalmasın 10.07.2024
Yaxşı deyək, yaxşı eşidək 10.07.2024
Gülnar Zeynalova, Elgiz Əliyev və Şəmsəddin İbrahimov ""5 gün" Mikayıl ilə"də 10.07.2024
Nüşabə Musayeva: "Kiminsə atasının pulunu xərcləmirəm! Özüm bilərəm" | Xəbərin var? 11.07.2024
Avtomobil yoldan çıxaraq aşdı
Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə günorta saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Teymur Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 40 yaşlı Günay Baxşəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
“Yaralı çinar” filmi təqdim edildi...
Şəkidə Vətən müharibəsi şəhidi Səbuhi İsgəndərlinin xatirəsinə həsr olunmuş “Kanal S” və “ARB” televiziyalarının birgə hazırladığı “Yaralı çinar” sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasimdə şəhid ailələri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışlarda filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edilib, vurğulanlb ki, bu cür filmlərin hazırlanması və yayılması şəhidlərimizin tanıdılmasında müstəsna rola malikdir. Daha sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səbuhi İsgəndərliyə həsr olunmuş “Yaralı çinar” filminə baxış keçirilib. Ardınca tədbir rayon mədəniyyət işçilərinin və şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Qeyd edək ki, Səbuhi İsgəndərli Zəngilan rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlib. O, ölümündən sonra "Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.