Super User
Rəqqasə Röya Əliyeva, Canana və İlham Kərimli "Xəbərin var?"da 06.03.2025
Qəbələdə təntənəli parad keçirilib
“İdman paytaxtı” Qəbələdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə parad təşkil edilib. İdman federasiyalarının nümayəndələri, Olimpiya, Paralimpiya çempionları, idman səfirləri, könüllülər, Milli Antidopinq Agentliyi, Azərbaycan İdman Akademiyasının tələbələri və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən parad Fövqəladə Hallar Nazirliyinin önündə başlayıb və Qəbələ regional “ASAN xidmət” mərkəzinin qarşısında başa çatıb.
Analoqu olmayan şəlalə donub
İndi sizə çox gözəl və ecazkar bir mənzərə təqdim edəcəyik. Yayda istirahət üçün rayonlara əlbətdə ki, üz tututuruq. Heç düşünmüsünüzmü ki, yayda getdiyiniz məkanları bir də qışda görək. Qaxda analoqu olmayan mamırlı şəlalənin çox hissəsi tempraturun aşağı düşməsi nəticəsində donub. Həqiqətəndə bunu görməyə dəyər...
Müəllimlər arasında şahmat yarışı
Şəkidə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar şahmat yarışı keçirilib. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqI Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilən yarış rayon ümumitəhsil məktəblərinin təhsil işçiləri və tələbələrdən ibarət 30 nəfər arasında keçirilib.
Yarışın sonunda 1, 2 və 3-cü yeri tutmuş iştirakçılar fəxri fərman və hədiyyələrlə təltif olunub. Digər iştirakçılara isə xatirə hədiyyələri təqdim edilib.
Zahidə Günəş, Günel Nihad, Miriş Hüseynov, Gülüm Xanova və Həbib ""5 gün" Mikayıl ilə"də 05.03.2025
Şəbnəm Qəhrəmanova və Elçin Məhərrəmov "Xəbərin var?"da 05.03.2025
Azərbaycanda od çərşənbəsi qeyd olunur
Artıq qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını əridən bir gün kimi qeyd edir. Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması deməkdir. Qədim inanclarla müasir duyğuların qovuşduğu bir bayramda ölkəmizdə hər kəs bu gün qalanan tonqalların ətrafında birləşərək müxtəlif ayinləri yerinə yetirəcək.
Millət vəkili Cavanşir Feyziyev "Məclisi-Şüəra"da (2-ci hissə 04.03.2025)
Oruc tutarkən nəyə diqqət edilməlidir?
Müsəlman təqviminin ən gözəl və fəzilətli aylarından sayılan Ramazan ayında icra olunan əsas fərzlərindən biri də oruc tutmaqdır. Oruc tutan insanlar üçün isə düzgün qidalanma olduqca vacibdir. Bəs, nələrə diqqət etməliyik ? Sujeti izləyək...