Super User

Super User

Cümə axşamı, 29 Fevral 2024 07:10

Səhər dəmi 29.02.2024

Çərşənbə, 28 Fevral 2024 17:49

"5 gün" Mikayıl ilə 28.02.2024

2024-2025-ci illər üçün BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına Azərbaycandan üzv seçilən 17 parlaq gəncdən biri Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadədir. O, üzvlük müddətində BMT tərəfindən regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edəcək. Məşvərət şurasının üzvü kimi BMT-nin Azərbaycan gəncləri ilə əməkdaşlığı, dialoqu, tərəfdaşlığının genişləndirilməsi istiqamətində məsləhətlər verəcək.

Dəniz Məmmədzadə indiyədək bir çox respublika və beynəlxalq fənn olimpiadalarının iştirakçısı olub və müxtəlif medallar əldə edib. Həmçinin "Sabahın alimləri" layihəsinin 2023- və 2024-cü illlərdə finalisti, "Fibonaçi", "Kim,nə,harda,nə zaman?" intellektual yarışlarının da qalibidir. Dəniz qazandığı uğurların sirrini əzmli, intizamlı olmaqda görür.

Nüfuzlu universitetlərdən dəvət alan Dənizin arzusu isə Harvard universitetində biomedikal mühəndislik ixtisasına yiyələnməklə insanlığa faydalı olmaqdır. Biz də ona bu yolda uğur arzu edirik.

İsmayıllıda ağır yol qəzası olub. Rayonun Qurbanəfəndi kəndi ərazisində “SHACMAN” və “İSUZU” markalı yük avtomobillərinin toqquşması nəticəsində sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücüləri xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.

62 yaşlı Ağdaş rayon sakini və 47 yaşlı Ucar rayon sakini İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının TTTYS-nın briqadası tərəfindən TTTY bölməsinə gətirilib. Həkimlər və tibbi heyət tərəfindən onlara zəruri tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

155 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S