Super User

Super User

Qışı sərt keçən Qəbələnin Daşca kəndində soyuqlar düşən kimi sakinlərin də giley-güzarı artır. Odur ki, indi sakinlər qış aylarının bitməsinə görə sevinir. Buna səbəb kəndin yarısında mavi yanacağın olmamasıdır. Sakinlər qışda donmamaq üçün yanacaq kimi odun, fındıq qabığı kimi vasitələrdən istifadə etməli olurlar. Ancaq dediklərinə görə bu da onlara ucuz başa gəlmir.

Ayda 800 manata yaxın xərc çəkirlər. Məsələ ilə bağlı Azəriqaz İB-nin Qəbələ Xidmət sahəsindən bildirildi ki, hazırda kəndin geri qalan hissəsinin qazlaşdırılması dayansa da, bu problem qısa zamanda aradan qaldırılacaq. Qurum rəsmisi eyni zamanda qazlaşmanın yarımçıq dayandırılmasına da aydınlıq gətirdi. Belə görünür, Daşcalılar növbəti qışı sevinclə qarşılayacaqlar. Verilən vədlər təsdiqini tapsa kəndin hamısı tezliklə mavi yanacaqla təmin olunacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.52 min 267 şagirdin iştirakının nəzərdə tutulduğu Imtahan 30 şəhər və rayonda təşkil olunub.

İmtahanların idarə olunmasına 610 imtahan rəhbəri, 4899 nəzarətçi ayrılıb. Imtahan prosesini Şəkidə izləmişik. DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 2009 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 23 imtahan rəhbəri və 193 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 161 zal ayrılıb.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Qeyd edək ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bazar ertəsi, 04 Mart 2024 09:20

Kim sevirsə idmanı 02.03.2024

Bazar ertəsi, 04 Mart 2024 09:19

Xeyirli axşamlar 01.03.2024

151 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S