Super User

Super User

İsmayıllıda polisə müraciət edən yetkinlik yaşına çatmayan şəxsin valideynləri 2 nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə aldıqlarını və geri qaytarmaq qarşılığında pul tələb etdiklərini bildiriblər.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qırx dörd günlük müharibədə canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Oğuz rayonunun Xaçmaz kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlidir.

Şəhidin doğum günündə xatirəsi anılıb. Xatirə tədbirində şəhidin doğmaları ilə yanaşı rayon rəsmiləri, təhsil ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhidin həyatı və şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından danışıb.

Vətən uğrunda canlarından keçən qəhrəmanların daim qəlblərdə yaşadıqları vurğulanıb. Xatirə tədbirində şəhid Nail İbrahimliyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Şuşa şəhəri istiqamətindəki döyüşdə qəhrəmancasına həlak olub və Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda", “Şuşa, Xocavənd və Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Çərşənbə axşamı, 05 Mart 2024 13:01

Aşağı Tala kəndinin sakinlərinin yol problemi...

Zaqatala rayonunun mərkəzə yaxın və böyük kəndlərindən biri olan Aşağı Tala kəndinin Qazil oba adlanan böyük bir küçəsinin sakinləri artıq uzun illərdir ki, yol sarıdan əziyyət çəkirlər. 100-dən çox təsərrüfatın yerləşdiyi yol ümumilkdə 4 km-ə qədərdir. Sakinlər ilin üç fəsli palçıq, yayda isə toz əlindən yoldan keçməyin çətinliyindən gileylənirlər. Küçənin keçilməzliyi sakinlərlə yanaşı, bu yoldan nəqlliyyat vasitələri ilə hərəkət edən sürücüləri də çətinə salır. Sözügedən yol, məhəllədaxili yol olduğu üçün kənd bələdiyyəsinin balansına daxildir. Bələdiyyə sədri problemdən xəbərdar olduqlarını, yaxın keçmişdə digər küçələrin təmir edildiyini bildirdi. Sözügedən küçənin bərpasına gəlincə isə.. 8000-dən çox əhalinin yaşadığı bu kənddə belə görünür, təmirli yol üçün hamı əlini daşın altına qoymalıdır. Ümid edirik problem tezliklə həllini tapar.

Çərşənbə axşamı, 05 Mart 2024 12:45

Od çərşənbəsində Kim var, Kim yox? 05.03.2024

Çərşənbə axşamı, 05 Mart 2024 12:19

Şair Abdulla Şahmirov ilə Məclisi-Şüəra 05.03.2024

Çərşənbə axşamı, 05 Mart 2024 10:07

Qastroenteroloq İlqar Alışov "Həkimcanlı"da 04.03.2024

Çərşənbə axşamı, 05 Mart 2024 09:42

Səhər dəmi 05.03.2024

150 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S