Super User
Baləli Maştağalı, Türkan Vəlizadə və Şəbnəm Qəhrəmanova "5 gün" Mikayıl ilə"də 29.02.2024
Əlçatan xidmətə çata bilməyən Mərzəndiyəlilər...
Şamaxının Mərzəndiyə kəndində 5 ilə yaxındır ki, əhaliyə poçt xidmətləri göstərilmir... Uzun illər ərzində kənddə poçt xidməti olsa da sonradan fəaliyyəti dayandırılıb. Bu da sakinlərin işini əməlli başlı çətinə salıb. Belə ki, sakinlər kommunal ödənişlərini ödəyə və poçt sahəsində olan digər üstünlüklərdən yararlana bilmir. Mərzəndiyyə kəndinin şəhərdən uzaqda yerləşməsi problemin həllini sakinlər üçün daha vacib edir. Çünki poçtla bağlı işlərini həll etmək üçün şəhərə getməli olan sakinlər ikiqat ziyana düşürlər. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyatı quruma müraciət etsələr də bir cavab ala bilməyiblər. Məsələ ilə bağlı bizim sorğumuza cavab olaraq isə "Azərpoçt" MMC-dən bildirildi ki, tələbat az olduğuna görə ayrıca poçt şöbəsinin fəaliyyət göstərməsi səmərəli hesab olunmayıb və fəaliyyəti dayandırılıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə həmin şöbənin xidmətləri 4-5 km aralıdakı Sabir qəsəbəsində yerləşən poçt şöbəsinə həvalə olunub. Müəssisənin yenidən fəaliyyəti hazırda gündəmdə deyil.
Dana Durdana: Səsim bata bilər, əməliyyata girəcəm | "5 gün" Mikayıl ilə
Rüfət Nasosnu: Mətanədə qulaq asaram, Damlaya yox! | Xəbərin var? 29.02.2024
Xeyirli axşamlar 28.02.2024
Ülviyyə Namazova - Kimlər gəldi, kimlər getdi CANLI İFA | "5 gün" Mikayıl ilə 28.02.2024
Şagirdlərlə maarifləndirici söhbətlər davam edir...
Şəkidə hüquq-mühafizə orqanları tərəfindən təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir. Şəkinin 5 nömrəli tam orta məktəbində keçirilən tədbirdə “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm”, “Erkən nikah və onun fəsadları” mövzularında şagirdlərlə söhbətlər aparılıb. Görüşdə hüquq-mühafizə orqanlarının rəsmiləri, məktəb kollektivi iştirak edib. Çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa, asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq durmaga çağırıb. Bununla yanaşı, erkən nikahın fəsadları, dini radikalizmin mənfi nəticələrindən də söz açılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.