Super User

Super User

Mavi yanacaq mövcud olsa da, hələ də odun yandırmağa məcbur olurlar. Səbəb isə kəndə verilən mavi yanacağın təzyiqinin çox aşağı olmasıdır. Sakinlərin müraciəti əsasında əməkdaşlarımız sözü gedən kəndə gedərək məsələni aydınlaşdırmağa çalışıb. İzləyək...

Çərşənbə, 08 Yanvar 2025 16:54

Zaqatalada daha bir yeni doğulan körpə öldü

Zaqatala yeni doğulan körpə ölümü qeyd alınıb. Yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 33 yaşlı Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Körpə doğuşdan bir qədər sonra ölüb. Yaxınlarının verdiyi məlumata görə, bu, onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Çərşənbə, 08 Yanvar 2025 11:07

Məclisi-Şüəra 08.01.2025

143 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S