Super User

Super User

Bazar ertəsi, 11 Mart 2024 15:49

Elan və reklamlarla şəhəri "bəzəyənlər"

Binaların fasadı, dayanacaqlar və ya dirəklərin üzəri reklam lövhələrinə çevrilib. Vətəndaşlar, xırda sahibkarlar öz elan və reklamlarını təşkil etmək üçün bu cür asan yola əla atır. Ancaq bu vəziyyət şəhərin estetik görünüşünə xələl gətirir. Kağız şəklində yapışdırılan elanlar daha sonra cırılır və qoyduğu iz xoş olmayan mənzərə yaradır. Əslində elan və ya reklam yerləşdirmək üçün xüsusi yerlər ayrılır və bu yerlərdə reklam yerləşdirmək istəyən şəxslər müəyyən ödəniş etməlidir. Bu cür hallara qarşı isə inzibati xətalar məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Ekspertlər isə problemin həlli yolunu insanların öz elanlarını ödənişsiz yapışdırması üçün xüsusi lövhələrin olmasında görür. Problemin aradan qaldırılması istiqamətində Şəkidə hansı işlərin aparıldığına gəlincə, təəssüf ki, qurumlar bir-birinin üzərinə atdığından nəzarəti kimin həyata keçirdiyini aydınlaşdıra bilmədik.

DİM martın 10-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanlarda 53 mindən çox şagird biliyini sınayıb. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanlar işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da baş tutub. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon,1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Əməkdaşlarımız imtahan prosesini Zaqatalada izləyiblər. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə təşkil olunub. Zaqatalada ümumilikdə 1196 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 113 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 96 zal ayrılıb. İmtahanda istifadə edilmiş test tapşırıqlarının cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. Bu gündən etibarən isə DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bazar ertəsi, 11 Mart 2024 14:52

Şəkidə yeni doğulan körpə öldü...

Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini 25 yaşlı Qalibə Cavadova fevral ayının 13-ündə dünyaya uşaq gətirib. Bətndaxili infeksiya ilə erkən doğulan körpə küvəzə yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilməsinə baxmayaraq, 09.03.2024-cü il tarixində saat 11:45 radələrində tənəffüs çatışmazlığı, dəqiqləşdirilməmiş anadangəlmə pnevmoniya, bətndaxili infeksiya, beyin ödəmi, perinatal hemotoloji pozuntular diaqnozu ilə ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 11 Mart 2024 14:27

Şəkidə fərdi yaşayış evi yanıb...

Hadisə bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb. Kənd sakini Əflatun Talıbova məxsus 2 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və evə bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 11 Mart 2024 10:23

Səhər dəmi 11.03.2024

145 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S